Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənilər Xocavənddə mühasirəyə düşdü: Mərkəzi qərargahla əlaqə tamamilə kəsildi

 

 Qarabağda hərbi əməliyyatları davam etdirən Azərbaycan Ordusu bütün istiqamətlərdə erməniləri dalana sıxışdırıb. 

Yenixeber.org: Bu barədə Türkiyə mediası məlumat yayıb. Dərc olunan xəbərlərə görə, Ermənistan silahlı qüvvələri Qubadlı istiqamətində tam geri çəkilib. Məlumatlara görə, erməni hərbçiləri bir neçə mühüm yüksəklik və möqeləri itirərək, Azərbaycan əsgərinin qarşıdından qaçmağa başlayıb. Düşmənin xeyli sayda itki verdiyi bildirilir.

Başqa bir məlumatda isə qeyd edilir ki, Xocavənd rayonunda da erməni hərbi birləşmələri Azərbaycan Ordusunun zərbələri nəticəsində geri çəkilməyə məcbur olublar. Bildirilir ki, hazırda həmin istiqamətdə vəziyyət ermənilər üçün olduqca vahiməlidir. Qeyd edilir ki, erməni silahlı qüvvələri faktiki olaraq mühasirəyə alınıb. Onların mərkəzi qərargahla əlaqəsi tamamilə kəsilib.

Bu gün səhər saatlarında Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq, düşmənin Xocavənddə ciddi itkilər verdiyini, yolların bağlı olması səbəbindən dəstək ala bilmədiyini vurğulsmışdı.

Ermənistan Müdafiə Nazirliyi də bəyan edib ki, Xocavənd şəhəri bu gün səhər saatlarından etibarən Azərbaycan Ordusunun müşahidəsi altına düşüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam