Redaktor seçimi
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Günün xəbəri

Prezident -İlqar Məmmədovu təbrik etdi

Prezident İlqar Məmmədovu təbrik etdi

Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədovun Prezident Administrasiyasının Siyasi partiyalarla və qanunvercilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə növbəti görüşü keçirilib.

 

Yenixeber.org: Bu barədə partiyanın rəsmi feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, Ədalət Vəliyev partiyanın qeydiyyatı münasibəti ilə Prezident İlham Əliyevin təbrikini İlqar Məmmədova çatdırıb.

Təbrikə görə təşəkkürünü bildirən REAL sədri siyasi partiyaların qeydiyyatındakı son aylarda baş verən əhəmiyyətli dəyişikliyin müsbət yenilik olduğunu vurğulayıb: "Tək ölkə vətəndaşları deyil, həm də ABŞ, Fransa, Böyük Britaniya və Avropa İttifaqı tərəfindən rəsmi bəyanatlarda partiyamızın qeydiyyatına yüksək qiymət verildiyini, bunu ölkəmizin beynəlxalq nüfuzuna ciddi fayda gətirən amil olduğunu bildirib. Prezidentin köməkçisi Hikmət Hacıyevin bu yaxınlarda vətəndaş cəmiyyəti təşkilatları ilə başladığı görüşlər seriyasının həm də REAL Partiyası ilə hakimiyyət arasında davam edən dialoqun əks-sədası olduğunu görüşdə eşitməyindən İlqar Məmmədov məmnunluğunu ifadə edib. REAL sədri dünən Avropa Şurasında 4 ilə yaxındır Azərbaycana qarşı davam edən pozuntu prosedurunun nəhayət rəsmən aradan qaldırılmasını da hakimiyyətin REAL ilə aparılan dialoqun müsbət nəticələrindən biri olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, yaratdığımız hüquqi örnək Azərbaycanın Avropa İnsan Haqları Konvensiyası sistemində yerini qorudu. Bunun önəmi Avropa Şurası Baş katibinin dünənki bəyanatında bir daha vurğulanıb".

"Ədalət Vəliyev bildirib ki, siyasi partiyalarla əlaqələr sahəsində Prezident Administrasiyasının hazırladığı yeni təşəbbüslərin yaxın aylarda ölkədə siyasi münasibətlərin yeni mərhələyə keçməsində rolu olacaq. Söhbət zamanı ölkənin siyasi gündəminə aid problemli məsələlər, o cümlədən Vəfa Nağı və Tofiq Yaqublu ilə bağlı qərarların nümunəsində məhkəmələrin insan haqlarını qorumasında yeri haqqında ətraflı fikir mübadiləsi aparıldı", - məlumatda bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam