Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Bu partiyalar da rəsmi qeydiyyata alındı

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çoxpartiyalı sistemin inkişafı, siyasi partiyaların ölkəmizin ictimai həyatında əhəmiyyətinin artırılması, bu sahədə münasibətlərin sağlam zəmində və qarşılıqlı əməkdaşlıq əsasında qurulmasına dair səsləndirdiyi fikirlər daim diqqət mərkəzində saxlanılır.
Yenixeber.org: Ədliyyə Nazirliyindən verilən məlumata görə, Milli Cəbhə Partiyası (MCP) və Respublikaçı Alternativ (REAL) Partiyasının dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə ünvanlanmış müraciətlərinə əsasən təsis sənədlərinin qanunvericiliyin tələblərinə uyğunluğu məsələsi öyrənilmiş və partiyaların qeydiyyata alınması barədə nazirlik tərəfindən qərar qəbul edilib.

Sentyabr ayının 1-də Ədliyyə nazirinin müavini Toğrul Musayev partiya sədrləri ilə görüşü zamanı onlara dövlət qeydiyyatı haqqında şəhadətnamələr təqdim edərək, dövlət başçısının iradəsi ilə ölkəmizdə siyasi sistemin və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində önəmli addımların atılmasını xüsusi vurğulamış, son aylar artıq bir neçə partiyanın qeydiyyatdan keçməsini qeyd edib.

Partiya rəhbərləri Razi Nurullayev (MCP) və İlqar Məmmədov (REAL) siyasi islahatların aparılmasını, demokratik təsisatların inkişaf etdirilməsi sahəsində görülən işləri, başlanmış siyasi dialoqu dəstəklədiklərini, bunların dövlətimizin tərəqqisinə müsbət təsir edəcəyinə dair əminliklərini bildiriblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam