Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

AZƏRBAYCANDA VARLILAR ÜÇÜN LÜKS HƏYAT TƏRZİ BAHALAŞIR - Yeni vergilərin tətbiqi nə vəd edir?

Azərbaycanın istehlak bazarının idxaldan asılılığı hələ də yüksək səviyyədədir. Bu, təbii ki, ölkə iqtisadiyyatı üçün olduqca təhlükəli haldır və milli valyutamıza ən əsas təzyiq vasitələrindən biridir.

Yenixeber.org: Daxili istehsal, qeyri-neft sektorunun lazımi səviyyədə inkişafı təmin olunmayınca, bu mənzərə dəyişməyəcək. Lakin digər tərəfdən idxalın yüksək səviyyədə olması büdcəyə bu sahədən böyük məbləğdə gömrük və vergi rüsumlarının daxil olmasına şərait yaradır. Təbii ki, bu daxilolmalar nə qədər çox olsa da, idxaldan asılılığın iqtisadiyyata vurduğu ziyanı kompensasiya edə bilməz. Ancaq buna baxmayaraq, daxili istehsalın lazımı səviyyədə olmadığı bir şəraitdə hökumət idxal gömrük rüsumları və vergilər hesabına büdcə daxilolmalarının artmasında maraqlıdır ki, bu da başadüşüləndir

Azərbaycana xaricdən gətirilən bahalı avtomobillər və lüks əşyalar üçün gömrük rüsumlarının artırılacağı barədə məlumatlar göstərir ki, hökumət büdcə gəlirlərinin təmin olunmasında varlıların iştirakını artırmaq niyyətindədir. Belə ki, bir neşə gün əvvəl bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib. Onun sözlərinə görə, bununla bağlı təkliflər artıq hazırdır və layihə hökumətdə müzakirə olunur: “Bunlar əsasən lüks malların istifadəçilərinə, tütün, eləcə də avtomobillərin idxal edilməsinə aiddir. Söhbət minik maşınlarından gedir, onlaranın daha yüsək aksizlər və vergilərə cəlbi nəzərdə tutulur ki, bunun hesabına dövlət büdcəsinə əlavə vəsaitlər daxil olsun”. Əldə etdiyimiz məlumatlara görə, bu siyahıya bəzi alkoqol məhsulları da aid ediləcək.

 

 

Göründüyü kimi, hökumət vergi yükünün bir hissəsini varlılara şamil etməklə büdcəyə mədaxil səviyyəsini artırmaq niyyətindədir. Çünki burada söhbət kütləvi istehlak malları kateqoriyasına daxil olmayan brend məhsullardan gedir. O məhsullar ki, onlara tətbiq edilən xüsusən ƏDV və gömrük rüsumlarının artırılması, yəni onların bahalaşması ölkədəki ümumi qiymət səviyyəsinə təsir etməyəcək və kasıb əhalinin maraqlarına toxunmayacaq.

Belə görünür ki, bu dəyişiklik xüsusilə bahalı avtomobillərin idxalında daha çox öz sözünü deyəcək. Çünki Azərbaycandakı varlıların lüks həyatının əsas tərkib hissələrindən biri məhz bahalı avtomobillərdir. Bunu ölkədə, xüsusilə də paytaxt Bakıda dəyəri yüz minlərlə dollarla hesablanan olduqca çoxlu sayda avtomobilin olması da təsdiqləyir. Yeni dəyişikliklə artıq bundan sonra idxal olunacaq lüks avtomobillərin indikindən xeyli baha başa gələcəyi gözlənilir.

Lakin hələlik “lüks”, “bahalı” deyərkən hökumətin məhz hansı məbləğləri nəzərdə tutduğu bilinmir. Ona görə də varlılar üçün dəbdəbəli malların idxal rüsum və vergilərinin artırılması hesabına büdcənin nə qədər əlavə vəsait qazanacağını proqnozlaşdırmaq çətindir. Ancaq istənilən halda bu rüsumların artırılması müsbət hal kimi qiymətləndirilə bilər.

Mütəxəssislər qeyd edirlər ki, oxşar təcrübə demək olar əksər aparıcı dünya ölkələrində mövcuddur və bunun hesabına büdcəyə kifayət qədər samballı vəsait daxil olunması təmin edilir. Sərvət vergisinin tətbiqi ilə bağlı ABŞ, eləcə də Avropa İttifaqı ölkələrinin böyük təcrübəsi var. Həmin vergilərdən daxil olan məbləğlər əsasən sosial layihələrin dəstəklənməsinə yönəldilir. Elə qardaş Türkiyədə də artıq uzun illərdir bu təcrübə mövcuddur.

Bir sözlə, əgər sözügedən rüsum və vergi artımı doğrudan da əhalinin yalnız varlı, dəbdəbəli həyat tərzi sürən kəsiminə təsir göstərəcəksə və büdcə daxilolmalarını artıracaqsa, bunu bir qədər gecikmiş olsa da belə, ədalətin bərpası hesab etmək olar.

(AzPolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam