Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Gömrük rüsumları artırılırdı -qiymətlərə nə təsiri olacaq?

 

Vahid Əhmədov: “Dövlət büdcəsində gömrük ödənişlərinin məbləği artırıldığı üçün  gömrük tərəfindən mənbə axtarılırdı  və nəticədə tapıldı”

Baş nazir Novruz Məmmədov Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq “Gömrük yığımlarının məbləğləri”ndə dəyişikliklər edib.

Yenixeber.org: Nazirlər Kabinetinin verdiyi məlumata əsasən, gömrük rüsumları artırılıb.

Belə ki, “Gömrük yığımlarının məbləğləri”ndə aşağıdakı dəyişikliklər edilib:

Qeyd edək ki, dəyişikliklə “Gömrük yığımlarının məbləğləri”nə 2.1.5-2.1.7-ci yarımbəndlər əlavə edilib. Bununla da gömrük dəyəri 100 000 manatdan yuxarı və 500 000 manatadək olan mallar üzrə 300 manat, gömrük dəyəri 500 000 manatdan yuxarı və 1 000 000 manatadək olduqda 600 manat, gömrük dəyəri 1 000 000 manatdan yuxarı olduqda 1000 manat ödəniləcək.

Novruz MÉmmÉdov ile ilgili görsel sonucu

Xatırladaq ki, Nazirlər Kabinetinin 2016-cı il, 26 aprel tarixli 168 nömrəli qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan gömrük yığımlarının məbləğləri aşağıdakı kimidir:

Gömrük dəyəri 1 000 manatadək olduqda 10 manat, gömrük dəyəri 1 000 manatdan yuxarı və 10 000 manatadək olduqda 50 manat, gömrük dəyəri 10 000 manatdan yuxarı və 50 000 manatadək olduqda 100 manat, gömrük dəyəri 100 000 manatdan yuxarı və 500 000 manatadək olduqda 275 manat rüsum ödənilir.

Yeni qərarla yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün rüsum 30 manata, digər avtonəqliyyat vasitələri üzrə 25 manata qaldırılıb.

Belə ki, indiyə qədər yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün 20 manat, digər avtonəqliyyat vasitələri üçün 15 manat rüsum tələb edilirdi.

Qərar 30 gün sonra qüvvəyə minəcək.

Ä°lgili resim

Deputat Vahid Əhmədov unikal.org-a müsahibəsində  bu qərarı qiymətləndirib. “Azərbaycanda gömrük yığımlarının məbləğləri 50 faiz artırılıb. Bu, daxili bazarda qiymətlərə necə təsir göstərəcək” sualına iqtisadçı deputat belə cavab verib: “Ümumi götürdükdə, buna 50 faiz artım demək olmaz. Malın dəyərindən aslı olaraq, gömrük rüsumlarının qiymətləri dəyişəcək. Burada 10, 15, 25 manat artım var. Əlbəttə, bu qərar gömrükdən keçən bütün mallara şamil edilir. Bu, gömrük yığımı üçün yaxşı olsa da, bazara müəyyən qədər təsir edəcək. Düzdür, Azərbaycanda idxal-ixrac əməliyyatlarında, ixrac idxalı üstələyir. Hardasa, ölkəmizdə istehsal da var. Bütün bunlara baxmayaraq, xaricdən Azərbaycana kifayət qədər məhsul idxal edirik. Ona görə də gömrük rüsumları artırıldığı üçün həmin malların dəyərində müəyyən qiymət artımı baş verəcək. Yəni bunun hansı səviyyədə olacağını bazar göstərəcək. Ümumi götürəndə, əlbəttə, Azərbaycanın daxili bazarındakı qiymətlərə təsiri qaçılmazdır”.

“Bildirilir ki, yığımların artırılması manatın dəyərinin dolların kursuna uyğun qorunub saxlanılması ilə əlaqədardır. Bu fikirlər nə qədər realdır” sualına V.Əhmədov belə cavab verib: “Gömrük yığımlarının artırılmasının mərkəzində tam başqa məsələ durur. Birincisi, bu il üçün dövlət büdcəsində gömrük ödənişlərinin məbləği artırılıb. Bu məbləğin dövlət büdcəsinə yığılıb, köçürülməsi üçün gömrük tərəfindən mənbə axtarılırdı və nəticədə tapıldı”.(müsavat)

DÜNYA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam