Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Bu mallar üçün gömrük rüsumu ləğv edildi

 

 

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.

Yenixeber.org: Belə ki, “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə 2711 12 910 0, 2711 12 930 0, 2711 12 940 0, 2711 13 100 0, 2711 13 300 0, 2711 13 910 0 və 2711 13 970 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmi “0” rəqəmi ilə əvəz edilib. 

Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir. 

Dəyişiklik ondan ibarətdir ki, sözügedən qərarın “Mineral yanacaq, neft və onun qovulma məhsulları; bitumlu maddələr; mineral mumlar” bölməsinə şamil edilir. Dəyişikliyə görə, emalın spesifik prosesləri üçün, proseslərdə kimyəvi çevrilmələr üçün, təmizliyi 90 %-dən çox, lakin 99 %-dən az olan kodlar üzrə məhsulların idxal rüsumu sıfırlanıb. Bu vaxta qədər onların rüsumu gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə 15 ABŞ dolları nəzərdə tutulurdu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam