Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

Politoloq:"MDB işğalçının ipini dartmalıdır"

"Bərabər tərəfdaşlıq münasibətlərinə yönələn hər bir əməkdaşlıq proqramı Azərbaycanın mənafeyinə uyğundur".

Yenixeber.org: Bunu MDB Ölkələri Hökumət Başçıları Şurası tərəfindən təşkilat çərçivəsində sərbəst ticarət zonasının yaradılmasının gündəmə gətirməsinə dair fikir bildirən politoloq Tofiq Abbasov deyib.

Politoloq dünyada mövcud olan bir sıra regional iqtisadi əməkdaşlıq formatlarının sırf bir ölkənin və ya bir neçə ölkənin mənafeyini qalanlardan üstün tutması üçün pozulduğunu qeyd edib:

“İndi də bunu biz hələlik sağlam, şəffaf inteqrasiyanın mükəmməl nümunəsi hesab edilən Avropa İttifaqının (Aİ) timsalında görə bilirik. Lakin elə ki, Aİ-nin sıraları genişləndi dərhal üzv ölkələrinin liderlər, ikinci dərəcəlilər, geri qalanlar kimi qruplara bölünməsi başlandı. Baltik və Balkan ölkələrinin vəziyyəti Aİ-nin başbilənlərinin, ilk növbədə, öz mənafeyini güdərək üzv ölkələri arasında ayrı-seçkilik saldıqlarına, sərmayələrə kəskin möhtac olan yeni üzv ölkələrinin müraciətlərini, tələbatlarını arxa plana atdıqlarına əyani misaldır”.

MDB çərçivəsində adıçəklilən əməkdaşlıq formatını şərh edən politoloqun fikrincə, nəzəri cəhətdən təqdirəlayiq olsa da, əməkdaşlığın bütün iştirakçılar üçün sərfəli, şəffaf şəklini tapmaq mühüm əhəmiyyət kəsb edir. Həmçinin MDB barədə söhbət açarkən Azərbaycana qarşı Ermənistanın hərbi təcavüzünü də unutmamağın vacibliyi vurğulandı.

 

 

“MDB məkanında közərən münaqişə ocağı varsa, Ermənistan tərəfi məsələni yeni müharibə dərəcəsinə çatdırmaq üçün sülh danışıqlarına qəsdən mane olursa, MDB-nin rəhbər qurumları, ilk növbədə, işğalçı dövlətin ipini dartmalıdır. Yəni BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsi yerinə yetirilməli, Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarından çıxarılmalı, məcburi köçkünlər öz yurd-yuvalarına qaytarılmalı, bundan sonra isə erməni milli azlığa Azərbaycan Respublikası dövlətçiliyi çərçivəsində muxtariyyət verilməsi də daxil olmaqla bütün digər məsələlər müzakirəyə çıxarılmalıdır. Elə bu günlərdə Prezident İlham Əliyev işğalçı ölkəni bir daha xəbərdar etməklə hər hansı möcüzənin baş verməyəcəyini, Qarabağ ermənilərinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində muxtariyyət ala biləcəklərini, Ermənistan bu məsələni daha da yubatmağa çalışsa, son dövrlərdə dünyada get-gedə daha çox irəli çıxarılan güc amilinin işə salına biləcəyini açıqladı. Əslində öz-özünün ziyanına çalışan Ermənistan dərin sosial iqtisadi və siyasi böhrana düçar olmaqla get-gedə daha çox ətalət girdabına yuvarlanır. Ermənistan cəmiyyətində mövcud dayanıqsızlıq ab-havası, o cümlədən Qarabağdakı separatçı rejimin sona yaxınlaşması bu ölkənin qaldıra bilmədiyi yükü üzərinə götürdüyünə və artıq təqətsiz düşdüyünə dəlalətdir”, - deyə politoloq qeyd edib.

Dağlıq Qarabağ probleminin beynəlxalq gündəmdə başlıca yerlərdən birini tutduğunu dilə gətirən ekspertin fikrincə, MDB dövlətləri də Azərbaycanı fəal, qabiliyyətli, bir çox beynəlxalq proqram və layihələrin iştirakçısı ölkə qismində qəbul edərək Qarabağ münaqişəsini qulağardına vura bilməzlər.

“Bizim, doğrudan da, çoxşaxəli xarici siyasətimiz var və səmərəsini də verir. Təsadüfi deyil ki, beynəlxalq təşkilatların az qala hamısı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək bununla da Ermənistana beynəlxalq siyasətində tutduğu yeri, qaba gücdən və siyasi hoqqalardan, hansısa təcrübələr aparmaqdan uzaq durmalarını sezdirirlər. Çünki bu kimi hərəkətlər heç bir nəticə verməyərək Qafqaz və Xəzər regionlarında, onsuz da, nəzərəçarpan təhlükələri daha da artırır. Odur ki, iqtisadi əməkdaşlığın maksimum dərəcədə şəffaf olması, hər hansı bir ölkənin böyük qardaş vəzifəsini mənimsəməsinə yol verilməməsi MDB-də qayda olaraq qəbul edilsə, Azərbaycan faydalı əməkdaşlıq əlaqələrindən əsla boyun qaçırmaz. Üstəlik, bizim Avropa İttifaqı ilə, Qərb və sair ölkələr ilə səmərəli əməkdaşlıq sahəsində geniş təcrübəmiz var. Bizim regionda isə bircə Ermənistandır sabitsizlik yaradaraq normal iqtisadi düzənin qurulması yolunda əngəllər törədən”, - politoloq fikrini tamamlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam