Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Putindən mühüm addım:ABŞ bu ölkə ilə üz-üzə qalacaq

 

Görüşdə bir çox önəmli məsələ ilə bağlı dərin müzakirələr aparılıb.

Yenixeber.org: Bu sözləri Putin-Merkel görüşünün yekununu şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq sözügedən görüşdə müzakirə edilən ən önəmli məsələlərdən birinin məhz rus qazının Avropaya nəqli ilə bağlı olduğunu düşünür:

“Bu məsələdə Almaniya ilə ABŞ arasında ciddi fikir ayrılığı var. Hazırda ABŞ və bəzi Avropa ölkələrinin Rusiyaya qarşı sanksiyaları hökm sürür. ABŞ Almaniyadan Baltik dənizinin dibindən ikinci boru xəttinin çəkilməsinə icazə verməməyi tələb edir. Vaşinqton hətta digər Avropa dövlətlərini də bu prosesə vadar etmək istəyir. Ancaq son zamanlar ABŞ-ın Türkiyəyə sanksiyalar tətbiq etməsi fonunda vəziyyət daha da gərginləşib. Almaniya Türkiyə və İranla münasibətdə də ABŞ-ın mövqeyinin əleyhinə gedir. Bu isə artıq Almaniya ilə ABŞ arasında münasibətlərin xeyli gərginləşdiyinə dəlalət edir. Halbuki hər iki dövlət NATO-da təmsil olunurlar. NATO və ABŞ-ın isə əsas hədəfi Rusiyanın zəiflədilməsidir. Əgər Almaniya bunu müdafiə etməsə, ABŞ-la üz-üzə gəlməli olacaq”.

Politoloq bildirib ki, Rusiya ABŞ-ın tətbiq etdiyi sanksiyaları zəiflətmək üçün Almaniyadan savayı, ayrı-ayrı ölkələrlə də danışıqlar aparır:

“Putin hər vasitə ilə çalışır ki, ABŞ-la Avropa yekdil cəbhədən çıxış etməsin və bu fonda da Rusiyaya yönəlmiş sanksiyaların gücünü zəiflətsin. Rusiya müəyyən mənada bu istəyinə nail olur. Zənnimcə, Almaniya ABŞ-ın tələbinə baxmayaraq, Rusiya ilə danışıqlarda əsas diqqəti Baltik dənizindən çəkiləcək ikinci xətlə bağlı müqavilələrə yönəldib. Yəqin ki, ruslar da Almaniyanı razı salmaqla yanaşı, sanksiyalar məsələsini də müzakirə ediblər. Almaniya Baltik dənizindən ikinci boru kəmərinin çəkilməsinə razılıq versə, bu, NATO daxilində ciddi ixtilaflara gətirib çıxara bilər”.

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkel ilə Berlində bir araya gəlib.(axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam