Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bakıdan uğurlu gediş:AB-yə sadələşmiş viza

Avropa İttifaqının Azəbaycanla bağlı böyük maraqları var.

Yenixeber.org:Məlumata görə, bu sözləri  son zamanlar bəzi antimilli dairələrin Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq strateji sazişə dair əsassız fikirlərinə münasibət bildirən politoloq Tofiq Abbasov deyib. O qeyd edib ki, ikitərəfli tərəfdaşlıq sazişi çox ağır çəkili bir sənəddir və xeyli müddəaları var:

“Aİ Böyük Britaniya da qalacağı təqdirdə 28 dövlətin ümumi iqtisadi potensialını özündə birləşdirir. Bu baxımdan ittifaqın dünya ilə münasibətləri vacib əhəmiyyət kəsb edir. İttifaqa daxil olan məmləkətlərin istehsal bazaları, innovativ yenilikləri olduqca genişdir. Ona görə də dünya səhnəsində ABŞ, Çin, Hindistan, Yaponiya ilə bərabər, Aİ də vacib geoiqtisadi qütblərdən biridir. Bu qütbün Şərqlə bağlı əməkdaşlıq proqramında postsovet məkanında yerləşən dövlətlərin, o cümlədən Azərbaycanın xüsusi yeri var. Düzdür, həmin münasibətlərin gedişatına və danışıqların tərkibinə nəzər salsaq, təmasların mürəkkəb tərzdə getdiyini etiraf etməliyik. Bunun da səbəbi Avropa Şurası, Avropa Parlamenti və Avropa İttifaqı daxilində yer alan bəzi antiazərbaycan dairələrinin gündəmdə olan iqtisadi münasibətlərin şaxələnməsi və ölkəmizə qarşı qondarma iddialar irəli sürməsi idi. Ancaq Azərbaycan Prezidenti İlham Əliyev həmin dövrdə gedən gərgin danışıqlarda səsləndirilən əssasız iddialara cavab verdi və münasibətlərdə iqtisadi səmərənin hər şeydən üstün olduğunu sübut etdi. Məhz bunun nəticəsində də hazırkı danışıqlar masasında yeni keyfiyyət mərhələsinə gəlib çatmışıq. Əvvəlcə dialoq adı altında monoloqlar təlqin edənlər ölkə rəhbərinin qətiyyətli siyasəti nəticəsində Azərbaycanın səsini eşitməli oldular. Bu da Azərbaycan diplomatiyasının növbəti bir uğurlu gedişidir”.

Politoloq bildirib ki, Azərbaycanın istəyi Aİ ilə əməkdaşlığın bərabərhüquqlu olmasıdır:

“Bildiyiniz kimi, saziş mayda imzalanacaq və əsas məsələ sənəddə iqtisadi komponentlərin üstünlük təşkil etməsidir. Aİ-nin də ölkəmizlə bağlı böyük maraqları var, çünki Şərqə doğru iqtisadi yürüşlərdə əsas dəhlizlədən biri Azərbaycandır. Bu mənada sazişdə ikitərəfli maraqlar həqiqətən də göz önündədir. Nəzərə alaq ki, Azərbaycanın birliyin 10-a yaxın dövləti ilə ikitərəfli fomatda geniş və hökumətlərarası sənədlərlə tənzimlənən münasibətləri var. Bu onu göstərir ki, Azərbaycan heç bir zaman Avropadan üz döndərməyib. İndi bu anlaşılmaz məqamlar aradan qalxdığı üçün münasibətlərdə yeni mərhələ başlayır. Təsadüfi deyil ki, Aİ öz üzərinə Azərbaycan vətəndaşlarına sadələşdirilmiş Şengen vizası tətbiq edəcəyinə dair öhdəlik götürüb. Burada da əsas məqsəd iqtisadi əməkdaşlıq zəminində yarana biləcək probemli vəziyyətlərə dair aydın həll mexanizmlərinə nail olmaqdır. Bu, dünyada qloballaşma prosesi çərçivəsindən ən lazımlı məqamlardan biridir”.(axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam