Avropa “ölüm ayağında” Azərbaycanla iqtisadi məkan haqda düşündü-AÇIQLAMA
Qlobal fəlakətə - yüz minlərlə insanın ölümünə səbəb olan pandemiyaya baxmayaraq, Avropa Parlamenti dünyanın koronavirusdan xilas olması ilə tamamilə əlaqəsi olmayan ideyalara baş vurur. Brüsselin bu yeni ideyalarından biri də Avrpopa İttifaqı (Aİ) ilə “Şərq Tərəfdaşlığı”nın altı ölkəsi - Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna arasında ortaq iqtisadi məkan yaratmaqdır.
Yenixeber.org: Avropa Parlamentinin fikrincə, bu, həmin dövlətlərin iqtisadi inteqrasiyasının dərinləşməsinə və onları Aİ siyasətinə yaxınlaşdırmasına, aralarında iqtisadi əməkdaşlığın dərinləşməsinə öz töhfəsini verəcək.
Belə bir "ümumi məkan" layihəsi artıq hazırdır və Avropa Parlamentində dəstəklənib. Sənəddə xüsusilə vurğulanır ki, “Şərq Tərəfdaşlığı” ölkələrinin Aİ-yə daxil olması barədə danışmırıq, amma bir-birilərinə yaxınlaşsalar, o zaman... “baxacağıq”.
Bu "tərəfdaşlıq" ölkələrinon Avropa İttifaqına qoşulmaq ümidini hələ də itirməmələri üçün, layihədə vurğulanır ki, bu, "altı ölkənin Aİ-nin enerji birliyinə, nəqliyyat şəbəkəsinə və vahid rəqəmsal bazarına" tədricən inteqrasiyasının daha bir mərhələsidir.
Bununla bərabər, Aİ-yə üzv və “Şərq Tərəfdaşlığı” ölkələri arasında və xüsusən də tərəfdaşlıq çərçivəsində ən qısa müddətdə rouminq etmədən bir rejimin qurulması, həmçinin Kiyevdə xüsusi bir universitetin yaradılması da təklif olunur.
Avropa Parlamenti bu sənədi may ayında qəbul etmək niyyətindədir.
Moskva Dövlət Universiteti Fəlsəfə fakültəsinin dosenti, politoloq Boris Mejuyev Avropa Parlamentinin bu yeni təşəbbüsü ilə bağlı bildirib ki, Aİ bu gün üzdə qalmaq üçün saman çöpündən də yapışmağa hazırdır.
politoloq Boris Mejuyev
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskas isə, aydın məsələdir ki, bir qədər fərqli fikirdədir. Lakin hər şeydən görünür ki, Avropa İttifaqının nümayəndəsi də bu ideyanın ortaya atılması vaxtına və gerçəkləşəcəyinə, yumşaq desək, şübhə edir.
Saytımıza açıqlama verərkən, o, hesabat layihəsini bir daha nəzərdən keçirərək qeyd etdi ki, “Şərq Tərəfdaşlığı” üçün nəzərdə tutulmuş kommunikasiya əsasında müxtəlif mövzular üzrə danışıqlar aparılır.
Kestutis Jankauskas
"İqtisadi əlaqələrin intensivləşdirməsi onlardan biridir, amma onun nəyə gətirib çıxaracağı barədə danışmaq hələ rezdir. Bir şeyi demək olar: danışıqlara həm Avropa İttifaqının, həm də "Şərq Tərəfdaşlığı” proqramının altı ölkəsinin nümayəndələri qoşulublar”,-deyə səfir bildirib.
Yeri gəlmişkən, K.Yankauskas “Şərq Tərəfdaşlığı” ölkələrinin iyun ayında Brüsseldə keçirilməsi planlaşdırılan zirvə görüşünə də şübhə edir. “Hələlik onun ləğvi və ya fərqli bir formatda keçirilməsi ilə bağlı qərar yoxdur. Bu məsələ də müzakirə olunur",-deyə o etiraf edib.(virtualaz)
Zaur Rəsulzadə