Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Günün xəbəri

Avtovağzaldakı ticarət mərkəzi iflas dövrünü yaşayır - FOTOLAR

Beynəlxalq Avtovağzal Kompleskinin ticarət mərkəzində əksər mağazalar bağlanıb.

Yenixeber.org: Ticarət mərkəzində olduğumuz zaman müşahidə etdik ki, üçüncü mərtəbədə yerləşən xeyli mağaza fəaliyyətini tamamilə dayandırıb.

Mağazaların üzərinə yenidən icarəyə verilməsi ilə bağlı heç bir məlumat yerləşdirilməyib. Yaxınlıqda yerləşən və hələ ki işlək olan mağazaların satıcıları söylədilər ki, alış-veriş edən az olduğu üçün insanlara burada yer götürüb işləmək sərf eləmir:
“Üçüncü mərtəbəyə müştərilər demək olar ki, qalxmırlar. Burada əsasən paltarlar satılır. Həmin paltarı birinci, ikinci mərtəbədə satanlar da var. Avtovağzala gələnlərin çoxu yolüstü nəsə alıb, yollarına davam edirlər, kompleksi gəzməyə vaxtları olmur. Ona görə də ancaq giriş və çıxışlara yaxın olan ərazilərdə yer götürənlər qazana bilirlər. Digər ərazilərdə isə alver getmir. Ona görə də camaat buradakı dükanını bağlayıb, başqa yerdən mağaza götürürlər”,-deyə söhbət etdiyimiz satıcılar bildirdilər.

Müşahidə etdik ki, kompleksin daxilində eskalatorlar quraşdırılsa da, onlar işlək vəziyyətdə deyil. Sərnişinlər yalnız pilləkənlərdən istifadə edərək, avtobuslar olan mərtəbəyə qalxıb, enə bilirdilər.

Avtovağzalın həyətində isə abadlıq işləri aparılıb. Nişanlar dəyişdirilib, dayanacaqlar rənglənib. Bundan əlavə, sərnişinlərin avtobusları gözləmələri üçün də rahat şərait qurulub. Sərnişinlərlə söhbətimiz zamanı onlar bildirdilər ki, artıq avtobuslar bilet sisteminə keçiblər. Hansısa bölgəyə getmək istəyən şəxs öncədən biletini alıb, rahat şəkildə yola düşə bilir.

Ümumilikdə, son zamanlar avtovağzalda sərnişinlərə xidmət sahəsində irəliləyiş olsa da, avtovağzalın ticarət mərkəzindəki vəziyyət günbəgün pisləşir.

Onu da qeyd edək ki, mağazalardan birinin üzərinə “Şəhid övladları üçün kompüter xidmətləri pulsuzdur” elanı vurulmuşdu. Lakin həmin dükan da biz orada olduğumuz zaman işləmirdi...


(Musavat.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam