Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Ölən bazar”da rəhbərlik qazanır, sahibkarlar isə domino oynayırlar - FOTOLAR

“Ölən bazar”da rəhbərlik qazanır, sahibkarlar isə domino oynayırlar - REPORTAJ, FOTOLAR

 

 

“Binə” ticarət mərkəzi hər gün sahibkarlarla vidalaşır. Artıq ticarət mərkəzində xeyli sayda mağaza boşalıb. Gün keçdikcə icarəyə verilən, satışa çıxarılan mağazaların sayı artır. Sahibkarlarla vidalaşan ticarət mərkəzində alıcılar da yoxa çıxıb.
Xeberinfo.com:  Musavat.com saytında bazardakı vəziyyətlə bağlı bir neçə dəfə geniş məlumatlar dərc edilib. Sahibkarların problemləri, icarə haqlarının yüksək olması ilə bağlı yaranan narazılıqlar gündəmə gətirilib. 
Ən son bu ilin yanvar ayında sahibkarların dinc aksiyası ilə bağlı məlumat vermişdik. Sahibkarlar icarə haqqının azaldılması tələbi ilə dinc aksiya keçirərək mağazaları bağlamışdılar. Lakin bazar rəhbərliyi sahibkarların bu istəyinə “yox” cavabı vermişdi.
Sahibkarlara güzəşt edilməməsi bazarın günü-gündən boşalmasına səbəb olur. Hazırda bazardakı mağazaların bir hissəsi tamamilə bağlanıb. Boşalan mağazaların əksəriyyəti icarəyə götürülənlərdir. Alverin olmaması icarədarların bazardan çıxmasına səbəb olub. 
Bazarda olarkən ayaqqabı satışı ilə məşğul olan satıcılardan biri ilə söhbət edərək, son vəziyyəti onun dilindən öyrəndik. 
“60 kavadratmetrlik bir mağazadır. Bu qədər də mal almışıq. Bu bazar açılandan - 2008-ci ildən burdayıq. Son bir il ərzində bazar çox çətin vəziyyətə düşüb. Hər sırada beş mağazadan ən azı ikisi bağlanıb. İşləyənlərin də əksəriyyəti mağaza sahibləridir. Yəni, mağaza özümüzündür. Vəziyyətimiz ürəkaçan deyil. Bu qədər əziyyət çəkmişik, xərc qoymuşuq. Mağazalar boşalır, alıcılar azalır” - deyən sahibkar əvvəl satıcı olaraq, iki işçilərinin də olduğunu, lakin xərcləri qarşılaya bilmədikləri üçün onları məcburi şəkildə işdən çıxardıqlarını bildirdi.
Söhbət zamanı qonşuluqdakı uşaq geyimləri mağazasının satıcısı bizə yaxınlaşır. Jurnalist olduğumuzu bilən satıcı deyir ki, mətbuatda yazılanların da xeyri olmur: “Bizim problemlərimizdən bazar rəhbərliyinin, aidiyyəti qurumların da xəbəri var. Ancaq bir əncam çəkən yoxdur. Bazarı gəzin, görün, nə qədər mağaza bağlanıb. Hər mağazada 2-3 nəfər işləyirdi. Bu da 2-3 ailə demək idi. Bazarda müştəri çox olanda hər kəs icarə haqqını vaxtında ödəyə bilirdi. Amma indi vəziyyət məlumdur. Bunu başa düşmək heç də çətin deyil”.
Manatın devalvasiyasından sonra satışın kəskin şəkildə azalması sahibkarları çıxılmaz vəziyyətdə qoyub. Ticarəti zəifləyən sahibkarlar bu səbəbdən də aylıq icarə haqlarını ödəməkdə çətinlik çəkirlər. Lakin bazar rəhbərliyinə edilən müraciətlərin, keçirilən aksiyaların bir nəticəsi olmayıb. Əksinə, aksiyalarda fəallıq göstərənlər, mətbuata açıqlama verənlər bazar rəhbərliyi tərəfindən sıxışdırılıb.
Bu haqda danışan sahibkarlardan biri deyir ki, daha heç kim açıq şəkildə narazılıq edə bilmir: “İndi burada kiminsə şəklini çəksəniz, adını yazsanız səhər gələcəklər. Aksiyalarda o qədər insan tutdular. Olmayan böhtanlar atdılar. İndi kim danışırsa, deyirlər ki, təxribat edirsən. Deyirlər ki, bazar bizimdir, vəssalam. Çalışın indi də kiminsə şəklini çəkməyin. Qaş düzəldən yerdə göz çıxarmayın. Onsuz da bir nəticəsi olmayacaq. Bazarda isə “ölüb”. Həftəsonları belə, alış-verişə gələn olmur”.
Ucsuz-bucaqsız bazarın sıralarında gəzərkən boş mağazalarla yanaşı, bir yerə toplaşıb söhbət edən, domino, nərd oynayan satıcıları da görmək mümkündür. Müştərisiz qalan bazarda satıcılar vaxt keçirməyə çalışırlar.











Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam