Redaktor seçimi
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
Günün xəbəri

Bu yerlərdə qəzet satışı bərpa olunur -MŞ açıqladı

 

Bu gün Azərbaycan Mətbuat Şurasında qəzet yayımı ilə bağlı hazırkı vəziyyət müzakirə olunub.

Yenixeber.org: Bu barədə Mətbuat Şurasından məlumat verilib.

Çıxış edənlər bildiriblər ki, şəhərin müxtəlif yerlərindəki köşklərin heç də hamısı təyinatı üzrə istifadə edilmir. Onların bəzilərində çox məhdud sayda qəzet olur. Əsasən digər məhsullar satılır. Nəticədə qəzetə maraq azalır, redaksiyaların maddi durumu pisləşir. Paytaxtla yanaşı, mərkəzdən kənar yerlərdəki köşklər də tələblər səviyyəsindən aşağıdır.

İclasda həmçinin Bakı Metropoliteninin stansiyalarında, avtobus dayanacaqlarında, Bakı Beynəlxalq Avtovağzalında və əhalinin sıx toplaşdığı digər yerlərdə qəzet satışı, əldə yayım işinin yaxşılaşdırılmasına ehtiyacın duyulduğu vurğulanıb.

Toplantıda qəzet yayımı ilə bağlı vəziyyətin detallarının öyrənilməsinin zəruriliyi önə çəkilib. Bu məqsədlə MŞ-nin vaxtilə mövcud olmuş monitorinq qrupunun fəaliyyəti bərpa olunub. Sabahdan işə başlayacaq qrupun əldə etdiyi nəticələr şuranın katibliyinə təqdim olunacaq və qruplaşdırılacaq. Məsələ Mətbuat Şurasının İdarə Heyətində kütləvi informasiya vasitələrinin rəhbərlərinin iştirakı ilə geniş müzakirə olunacaq. Ümumən qəzet yayımı ilə bağlı MŞ adından aidiyyatı qurumlara müraciətin ünvanlanması nəzərdə tutulur.(kult.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam