Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Qasid” rəhbərliyi gözləmə mövqeyindədir

“Qasid” rəhbərliyi gözləmə mövqeyindədir

 

 

Firmanın əmlakı hələ siyahıya alınmayıb, həmkarı isə firma rəhbərliyini məsuliyyətsizlikdə günahlandırır

 

  "Xeberinfo.com": “Qasid” qəzet yayımı firmasının fəaliyyətini dayandırması qəzetlər üçün daha bir “sos!” siqnalıdır. Son iki ildə çap mediasının gün-gündən ağırlaşan durumu bununla daha kəskin həddə çatıb. Firmanın satılan qəzetlərin pulunu ödəməməsi səbəbindən qəzetlər əvvəlcə tirajını azaltmağa məcbur oldu. Üstəlik, satılan az tirajın da pulu ödənmədi, firma rəhbərliyi bu pulun öz işçilərinin maaşına sərf edildiyini bildirməklə kifayətləndi. Get-gedə pisləşən satışın sonucu olaraq yayım firması nəhayət müflis elan edilərək qəzet yayımından çəkildi.
 
Bu isə çap mediasının o qədər də peşəkar olmayan yeni köşklərin ümidinə qalmasına səbəb oldu.
Qeyd edək ki, sıxışdırılan digər yayım firması olan “Qaya”nın da durumu yaxşı deyil, köşklərinin sayı az olan firmanın qəzet satışında payı aşağıdır. Yeni köşklər- “Kiosk-press”lərin satdığı tirajın isə “Qasid”lə müqayisədə olduqca aşağı olduğu bildirilir. 
“Qasid” firmasının direktor müavini Ağəli İsmayılov firmanın müflisliyindən sonra ilk dəfə açıqlama verərək musavat.com-a bildirib ki, qəzetlərə olan borc ödəniləcək: “Əmlakın bölgüsü necə olacaq, nələr satılıb qəzetlərin pulu veriləcək, bu barədə hələ heç nə deyə bilmərəm. Məsələ on-on beş gün sonra aydınlaşar. Hələ əmlak bölgüsü aparılmayıb, əmlak siyahıya alınmayıb. Qəzetlərə olan borclar da hesablanır və hamısı ödəniləcək”.
“Qasid”in qəzet satışı prosesindən çəkilməsi yeni köşklərdə satışa heç bir təsir etməyib. Dünən baş çəkdiyimiz köşklərdə satıcılar qəzet satışında müsbət dəyişiklik olmadığını bildirdilər. Həmçinin satıcılar qəzet satışının o qədər də yaxşı getmədiyini də vurğuladılar: “Kimdir ki, qəzetlə maraqlanan? Vitrinə qoyuruq, az hallarda maraqlanan, istəyən olur”. 
“Qaya” mətbuat yayımı firmasının rəhbəri Xanhüseyn Əliyev isə deyir ki, o, qəzetlərin sentyabr ayına olan pulunu ödəyib: “Bizim də vəziyyətimiz yaxşı deyil, köşklərimizin sayı azdır, normal fəaliyyət göstərmək üçün şəraitimiz yoxdur. Ancaq borclanmırıq, qəzetlərin pulunu vaxtında ödəyirik. Düşünürəm ki, iş adamı olmaq, məsuliyyət başqadır. Partnyorların hesabına dolanmaq olmaz. Onların pulunu verməlisən ki, özün də işləyə biləsən. Düşünürəm ki, yəqin ”Qasid"də pulu, gəliri boş yerə dağıdırdılar. İş adamı gəlirini götürməlidir, kiminsə pulunu yox, öz pulunu xərcləməlidir. “Qasid”də isə yəqin bunu fikirləşməyiblər. Yaxşı olar ki, “Qasid” rəhbərliyi buna cavab versin. Sahibkarın da məsuliyyəti olmalıdır ki, pulun hamısı mənim deyil".
 
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam