Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Jurnalistlərin aksiyası Bakı meriyasına görə təxirə salındı

 

 

           Rauf Arifoğlu: “Bakı meriyasını məhkəməyə verəcəyik”

 

   "xeberinfo.com":Bakı Şəhər İcra Hakimiyyəti jurnalistlərin piketlə bağlı müraciət məktubunu cavablandırmaqdan imtina etdiyinə görə 7 fevrala təyin olunan aksiya təxirə salınıb. Bu barədə Yayım Assosiasiyasının rəhbəri Yaşar Zeynalov, qurumun mətbuat yayımı üzrə koordinatoru  Fazil Kərimov, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və baş direktoru Ələsgər Süleymanovun iştirakı ilə keçirilən görüş zamanı məlumat verilib. Görüşdə qəzet yayımı sektorunda yaranan böhranlı vəziyyət müzakirə olunub və bu barədə konkret təkliflər paketi hazırlanıb. 
   Daha sonrakı araşdırmalar zamanı məlum olub ki, sürətli poçt xidməti göstərən “İldırım” şirkəti piketlə bağlı məktubu Bakı meriyasına təqdim edərkən, BŞİH-nin müvafiq işçisi həmin məktubu götürməkdən imtina edib. “İldırım” şirkəti isə redaksiyanı bu barədə məlumatlandırmayıb; qəzet bu faktdan 7 fevral, saat 14 radələrində məlumat tuta bilib.  
    Məhz bu qanunsuzluq nəticəsində qəzet yayımının məhdudlaşdırılmasına etiraz kimi nəzərdə tutulan piketin baş tutub-tutmaması son ana qədər açıq qalıb. Yayım sektorunun təmsilçiləri ilə keçirilən görüşdə qərara alınıb ki, hələlik piketləri təxirə salmaqla, digər effektli və alternativ yollardan istifadə olunsun.  Yaşar Zeynalov deyib ki, səyyar qəzet yayımı ilə məşğul olanlar icazəsiz aksiyalara çıxmaq istəmirlər: “Yayımın vəziyyəti onsuz da ağırdır. Üstəlik, yayımla məşğul olanları da bir neçə sutka saxlasalar, bu sahə tamamilə və geridönməz olaraq batacaq. Buna görə də etirazımızı və təkliflərimizi başqa yollarla bildirməyə üstünlük veririk”.    
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirdi ki, yayımçıların qərarına hörmət edir, lakin mümkündür ki, “Yeni Müsavat” qəzetinin kollektivi yaxın zamanlarda icazə gözləmədən aksiyalara başlasın: “Çünki vəziyyət dözülməzdir. “Azadlıq” qəzeti bizimlə əlaqədən imtina etdiyinə görə, fəaliyyətimizi koordinasiya edə bilmirik. Bu səbəbdən də təkbaşına aksiyalara qərar verəcəyik”. Baş redaktor bildirdi ki, məktubu götürməkdən imtinaya görə Bakı meriyasını məhkəməyə verəcəklər. Qeyd edək ki, artıq “Yeni Müsavat” qəzeti Bakı Şəhər Ticarət Departamentini məhkəməyə verib. İşə 2 saylı Bakı İqtisad Məhkəməsində baxılır. Proses başlayıb. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam