Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Polis qəzet satışını qadağan etdi

 

 

 

Bakıda mətbuat yayımı ilə məşğul olan bir qrup kiçik sahibkarların obyetkləri dağıdılıb. 

 

   "xeberinfo.com": Məlumata görə,Səbail rayonu ərazisində Bakı şəhər İcra Hakimiyyətinin xüsusi icazəsi əsasında şəhərin mərkəzində qəzet və jurnalların satışı ilə məşğul olurlar. Lakin Səbail rayon Polis İdarəsi əməkdaşları onların işinə mane olaraq, obyektlərini dağıdıblar.

    Sahibkar  bildiriblər ki, polis əllərində icazə sənədi olmalarına baxmayaraq, satışın qabağını alıb. O, problemlə bağlı aidiyyatlı orqanlara müraciət etdiklərini bildirdi. “Qəzet və jurnal satış məntəqələri bağlayıblar. Biz bununla əlaqədar bir çox dövlət müəssisələrinə, hüquq-mühafizə orqanlarına və Mətbuat Şurasına müraciət etdik. Lakin problemlə bağlı müraciət etdiyimiz salahiyyətli kəslər bizə heç bir yardım etmədi. İcra Hakimiyyətindən bildiriblər ki, biz icazə vermişik. Əlimizdə icazə kağızı da var. Amam polis buna əhəmiyyət vermir” - deyə şikayətçilərdən biri bildirib

     Məsələ ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin rəhbəri Əliabbas Bağırov açıqlamasında onlara da bu barədə şikayət daxil olduğunu bildirib. “Biz onlara icazə vermişik. Onların əksəriyyəti veteran, şəhid ailəsidir. Biz polislə də əlaqə saxlamışıq. Çalışırıq ki, problem həll olunsun. Bu işi diqqətdə saxlamışıq”, - deyə Əliabbas Bağırov vurğulayıb.

  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam