Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Metroda ticarət bərpa olunur, bəs qəzet satışı?

 

Əflatun Amaşov: “Nə vaxt bərpa edilsə, o zaman qəzet satışı ilə bağlı danışıq aparacağıq”; Ələsgər Süleymanov: “Biz böyük ümidlə gözləyirik ki, metroda qəzet satışına önəmli yerlərdən birini verəcəklər”

 

"Xeberinfo.com":  Məlumata görə, Metro stansiyalarında ticarət köşklərinin yenidən bərpa ediləcəyi haqda informasiyalar yayılıb. Artıq “Koroğlu” stansiyasındakı keçiddə bir ticarət köşkü tikilib. O, yaxın günlərdə istifadəyə veriləcək. Maraqlıdır, ticarət bərpa ediləcəyi halda, qəzetlərin də metrolarda satışına icazə veriləcəkmi?
Mətbuat Şurasının sədri Əflatun Amaşov qəzet yayımı ilə bağlı məsələni diqqətdə saxladıqlarını bildirdi: “Biz məsələni diqqətdə saxlayırıq. Ancaq hələ ki metropoliten rəhbərliyi ilə danışıq aparmamışıq. Çünki metrolarda ticarət başlamayıb. Əgər belə bir addım atılsa, bizim Mətbuat Yayımı Komissiyası Metropolitenin rəhbərliyi ilə əlaqə saxlayacaq. Belə bir məqamda qəzetin orada satılmasının mümkün olub-olmadığını müzakirə edəcəyik. Hələlik isə metroda ticarətin olacağını deyiblər, amma əməli addım atılmayıb. Nə vaxt dedikləri kimi gül, kitab satışı bərpa olacaq, o zaman da biz metrolarda qəzet satışı ilə bağlı danışıq aparacağıq”.
“Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov qəzet yayımı ilə bağlı məsələnin çox acınacaqlı olduğunu dedi: “Şəhərdə yeni qoyulan köşklərə qəzet veririk. Amma bu çox azdır. Həm də onların bölüb satmaq ənənəsi yoxdur deyə, hesab edirəm ki, hazırkı zamanda o, "Qasid"in gördüyü işi yerinə yetirə bilmir. Bu köşkləri “Qasid”in köşklərinin yerinə qoysalar da “Qasid”i əvəz edə bilmir. Çünki “Qasid”in neçə illərdən bəri qəzet satmaq ənənəsi vardı və orada əsas üstünlüyü qəzetlərin satışı təşkil edirdi. Amma bu köşklərdə qəzetlər sanki ən axırıncı satış məhsulu kimi düzülür və onların satışı köşklərin elə də marağında deyil. Metrolara gəlincə isə ora bizim üçün ən strateji yerlərdən idi. Çünki hava şəraitindən asılı olmayaraq metroda hərəkət edən oxucular istədikləri vaxt giriş-çıxışda qəzet alıb ya evə aparırdılar, ya da metroda oxuyurdular. Metroda ticarətin, qəzet yayımın yığışdırılması mətbuata böyük zərbə oldu. İndi söhbət gedir ki, metronun yeni satış mərkəzləri açılıb. Əgər metroda ticarət obyektləri açılırsa, bu ticarət birinci qəzetlərin satışı ilə bağlı olmalıdır. O vaxt da bizə təklif edilmişdi ki, bu, gələcəkdə daha müasir formada təşkil olunacaq. Biz də buna ümidli idik ki, həqiqətən də həyata keçiriləcək. Yaxşı xəbərdi ki, artıq bu işə başlanılıb. Biz böyük ümidlə gözləyirik ki, metroda qəzet satışına önəmli yerlərdən birini verəcəklər. Bunun hesabına da qəzetlər acınacaqlı vəziyyətdən bir azda olsa çıxmış olacaqlar".
Ə.Süleymanov əks təqdirdə öz özünə maliyyələşən qəzetlərin davamiyyətini saxlamağın mümkün olmayacağını bildirdi: “Əgər metroda qəzet satışına icazə verməsələr, qəzetlər məhv olacaq. Düşünürəm ki, kiməsə bağlı olmayan və ya haradansa maliyyələşməyən qəzetlər sıradan çıxacaq. Hazırkı vəziyyət elədir ki, qəzet haradansa maliyyələşmirsə, öz satışı hesabına özünü dolandırmaq və davamiyyətini saxlamaq iqtidarında deyil. Biz saytımızda gedən digər saytların baner reklamları hesabını qəzetimizi çətinliklə də olsa saxlaya bilirik. Amma bütün qəzetlərdə bu imkan yoxdur. Həm də bu imkanların davamlılığı yoxdur. Yəni bu banerlər hər zaman olmaya bilər. Odur ki, biz bu addımı təqdir edirik ki, metroda ticarət bərpa olunur. Ən vacibi isə qəzetlərin burada satışıdır ki, biz bunu gözləyir və alqışlayırıq”.(musavat.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam