Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

DOLLAR KREDİTLƏRİ PROBLEMİNİN YARIMÇIQ HƏLLİ… –10 min dollardan artıq kredit götürən vətəndaşın günahı nədir?

1

Və ya nədən güzəştlər yalnız 10 min ABŞ dollarınadək kreditlərə və fiziki şəxslərə şamil edildi?

Bu sənədi hazırlayıb ölkə başçısına təqdim edənlər yenə ya bilərəkdən, ya da bilmədən “qaş düzəldən yerdə, göz çıxarıblar”

Yenixeber.org: 4 ilə yaxın davam edən dollar kreditləri probleminin çözülməsi istiqamətində, nəhayət ki, hökumət tərəfindən ciddi sayıla biləcək addım atıldı. Ölkə başçısı tərəfindən imzalanmış fərmanla hökumət elə özünün elan etdiyi devalvasiya nəticəsində əhalinin bir qisminin (!) banklara olan faiz borcunun əhəmiyyətli hissəsini öz üzərinə götürmüş oldu.

Fərmanın mahiyyətini izah etmək üçün bir daha qısa olaraq qeyd edə bilərik ki, 1-ci devalvasiyaya qədər götürülmüş kreditlər üzrə borcun artmış hissəsinə görə, 1 ABŞ dolları borc üzrə 25 qəpik, 1-ci və 2-ci devalvasiya arasındakı müddətdə götürülmüş kreditlər üzrə borcun artmış hissəsinə görə, 1 ABŞ dolları borc üzrə 60 qəpik yardım veriləcək.

Məsələn, tutaq ki, vətəndaş 2015-ci il fevralın 21-dək bankdan 1000 dollar (780 manat) borc götürüb. 21 Fevral 2015-ci il tarixində devalvasiya nəticəsində məzənnə 1.05-ə yüksəldiyindən müştərinin banka borcu 1050 manata qalxıb. Həmin kredit üzrə artmış 270 manat borcun 250 manatı dövlət büdcəsindən ödəniləcək (1 dollar borca görə 25 qəpik yardım).

Yaxud, vətəndaş 2015-ci ilin 21 fevral tarixindən 21 dekabr 2015-ci il tarixinədək 1000 dollar (1050 manat) kredit götürüb. Məzənnə 1.70-ə qalxdığından borc da manat ilə ifadədə 1700 manata yüksəlib və borc yükü 650 manat artıb. Belədə artan 650 manatın 600 manatı dövlət büdcəsi hesabına ödəniləcək (1 dollar borca görə 60 qəpik yardım). Hər iki tarixdə mövcud olmuş borclar üzrə isə hər iki qayda tətbiq ediləcək.

Əlbəttə ki, yardımın məhz bu mexanizm əsasında həyata keçirilməsi kifayət qədər ədalətli və məqbul sayıla bilər. Və bu, olduqca təqdirə layiq haldır.

2

Lakin bu sənədi hazırlayıb ölkə başçısına təqdim edənlər yenə də ya bilərəkdən, ya da bilmədən “qaş düzəldən yerdə, göz çıxarmağa” oxşar iş görmüş olublar.Yenə bir növ bir gözü güldürəndə, ikinci gözü ağladıblar. Çünki güzəştlərin yalnız 10.000 ABŞ dollarınadək kreditlərə şamil olunmasını nəzərdə tutan bu sənəd ilk növbədə Konstitusiya ilə eyni hüquqa malik ölkə vətəndaşları arasında ayrıseçkiliyə yol açmış olur.

Hansı hökumət təmsilçisi izah edə bilər ki, məsələn 10.100 (on min bir yüz) dollar kredit götürən vətəndaşla 9.900 (doqquz min doqquz yüz) dollar götürənin fərqi nədən ibarətdir? Və birinci hansı qəbahətin sahibidir ki, güzəştlər ona tətbiq olunmur? Bəlkə 10 min dollardan artıq kredit götürənlərin dolların bahalaşacağından xəbərləri varmış? Ya da onların bu kreditləri ödəmək imkanları daha yüksəkdir? Belə çıxır ki, 10.000 dollaradək borc götürən bunu dərdindən, 11.000 götürən isə kefindən edib… Hər kəsə məlumdur ki, misal üçün 10.000 dollar kredit götürənlə 15.000 dollar götürənin sosial durumu arasında elə bir ciddi fərq yoxdur. Bəlkə də ikincinin vəziyyəti daha ağırdır!

Axı ümumiyyətlə, hansı məntiqlə 10.000 dollardan 100-200, lap elə bir neçə min dollar artıq məbləğdə kredit götürən vətəndaş daha az borc götürəndən əskik hüquqa malik olmalıdır?
Digər tərəfdən, 10.000 dollaradək borcu olanların böyük əksəriyyəti son dörd ildə kreditin böyük hissəsini artıq ödəyib, qalan hissəni də kiçik məbləğlərlə pis-yaxşı ödəyə bilir. Eyni zamanda, qalan borc məbləğlərinin nisbətən kiçik olması ən azından əsasən ailə faciələrinə, özünə qəsdə, həbsə və digər hallara gətirmir. Əlbəttə ki, buna baxmayaraq, həmin şəxslərə dövlətin gecikmiş də olsa, yardım etməsi çox müsbət haldır. Ancaq bununla yanaşı, banklardan istehlak, yaxud elə biznes krediti kimi 20-30 min, yaxud bir qədər də çox vəsait götürən elə vətəndaşlarımız var ki, devalvasiyalar nəticəsində külli miqdarda ziyan görüblər, evləri əllərindən alınıb, ailələri dağılıb və s.Bəs belələri bu dövlətin vətəndaşları deyillər?

Daha bir məqam sözügedən güzəştlərin yalnız fiziki şəxslərə aid edilməsidir. Burada da məntiq tapmaq çox çətindir. Bildiyiniz kimi, çoxlu sayda hüquqi şəxs olan sahibkarlıq subyektləri var ki, devalvasiya nəticəsində ağır zərbə alıblar. Və bu gün banklara külli miqdarda şişirdilmiş borcları qalır. Ancaq bir tərəfdən ölkədə işgüzar mühitin yaxşılaşdırılması, sahibkarlara dəstək verilməsi, onlar tərəfindən yeni iş yerlərinin açılmasına şərait yaradılması kimi tezislər irəli sürülür, bu istiqamətdə addımlar atılılr. Digər tərəfdən isə artıq uzun illərdir öz işlərini qurmuş, onlarla, yüzlərlə vətəndaşı işlə təmin etmiş, vergi ödəmiş və s. nisbətən kiçik və orta sahibkarlıq subyektləri olan hüquqi şəxslər, yəni firma və şirkətlər hökumətin yardımından məhrum edilir. Hansı ki, elə həmin hüquqi şəxslər də digər vətəndaşlarımız kimi, hökumətin yarıtmaz maliyyə-kredit siyasətinin, bank talançılığının adi qurbanlarıdır. Və onların bir çoxları devalvasiyaların ağır nəticələrinə baxmayaraq, işlərini və eyni zamanda çoxlu sayda vətəndaşın iş yerlərini qoruyub saxlaya biliblər. Ancaq nədənsə, hökumət belə sahibkarlıq subyektlərini nəzərə almamağa qərar verdi.

Bununla yanaşı, həmin sahibkarlıq subyektlərindən fərqli olaraq, dünyada tayı-bərabəri olmayan soyğunçu faizlərlə əhaliyə kredit verən banklar bu vəziyyətdən demək olar ki, itkisiz və hətta qazancla çıxırlarGözlənilənlərin əksinə olaraq, sənəddən belə görünür ki, devalvasiyalardan ən az zərər görənlər yenə də banklar olacaq. Belə ki, dollar kreditlərindən meydana çıxan ziyan əsas etibarilə dövlətin hesabına ödənilir. Banklar tərəfindən vətəndaşlara hər hansı güzəştin edilməsi nəzərdə tutulmur. Doğrudur, banklar özəl olduğundan, hökumət bu məsələ ilə bağlı onlara yalnız tövsiyələr verə bilər.

Buna baxmayaraq, sözügedən məsələnin müzakirəsi zamanı banklarla orta məxrəcə gəlinərək, ziyanın bir hissəsinin onlar tərəfindən qapadılacağı proqnozlaşdırılırdı. Ancaq nəzərə alsaq ki, Azərbaycandakı bankların böyük əksəriyyətinin arxasında məmur-oliqarxlar dayanır və hətta Mərkəzi Bankın rəhbərinin özünün belə şəxsi bankının olduğuna dair məlumatlar mütəmadi olaraq mətbuatda yer alır, o zaman bankların məsuliyyətdən kənarda saxlanılmasını başa düşmək çətin olmaz…

4

Yeri gəlmişkən qeyd edək ki,  10 min dollardan aşağı kredit götürənlərdən fərqli olaraq, 10 min dollardan yuxarı kredit götürənlər banklara girov da qoyublar. Buna görə onlar əmlaklarını, hətta yaşadıqları evləri belə itirmək təhlükəsilə üzləşiblər. Bəziləri artıq itiriblər də. Ona görə də banklar 10 min dollardan yuxarı kredit götürənlərin  deyil, aşağı kredit götürənlərin probleminin həllində maraqlı idi. Görünür, sənədi hazırlayıb Prezidentə təqdim edənlər də bankların marağından çıxış edib… 

Qeyd edək ki, oxşar durumu yaşayan bir çox ölkələrdə dövlətin yardımı əsas etibarilə bütün kredit götürənlərə şamil edilib. Və Azərbaycandan fərqli olaraq, bu yardım devalvasiyadan 4 il sonra yox, daha tez ödənilməyə başlayıb.

Bir sözlə, hökumətin ilk baxışdan çox tələsik şəkildə hazırladığı qənaətini yaradan bu sənədin əsasən keyfiyyət yox, kəmiyyət amili üzərində qurulduğunu söyləmək olar. Çünki problemli kreditlərin əhəmiyyətli hissəsinin məbləği 10 min ABŞ dollarının altındadır. Yardımın məhz bu məbləğdə kreditlərə şamil edilməsi ona gətirib çıxaracaq ki, hesabat verilərkən, böyük sayda vətəndaşın kredit probleminin həll edildiyini söyləyəcəklər.

Əlbəttə ki, kəmiyyət baxımından, yəni statistika üçün bu kifayət qədər böyük rəqəm olacaq. Bəs keyfiyyət? Bu sənəd devalvasiyanın ümumilikdə ölkə iqtisadiyyatına, sahibkarlıq subyektlərinə, eləcə də 10 min dollardan artıq kredit götürən sadə vətəndaşlara vurduğu ziyanı qapadırmı…?(azpolitika)

Cəlal


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam