Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

''Azərbaycanın xarici borcu sürətlə artır''

Bu il yanvarın 1-nə kimi beynəlxalq və digər maliyyə-kredit təşkilatları ilə 10.3 milyard ABŞ dolları məbləğində kredit sazişləri imzalanıb. 
Xeberinfo.com:   Bu sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycanın xarici dövlət borcu 6.9 milyard ABŞ dolları olub. İmzalanmış sazişlər üzrə xarici dövlət borcu Ümumi Daxili Məhsulun (ÜDM-in) 28.5, istifadə edilmiş kreditlərə görə isə 19.8 faizini təşkil edib. Hazırda imzalanmış sazişlər üzrə xarici dövlət borcunun miqdarı adambaşına ilk dəfə 1000 dolları aşaraq 1030 dollar təşkil edir.
Azadlıg.org -un məlumatına görə, iqtisadçı Qubad İbadoğlu deyir ki, 2014-cü illə müqayisədə ötən il xarici dövlət borcu 273.1 milyon ABŞ dolları artıb: «Eyni zamanda ÜDM-in xarici valyutada nominal dəyərinin azalması xarici dövlət borcunun ÜDM-də xüsusi çəkisini kəskin şəkildə artıraraq, onun 1/5-nə çatdırıb. Nəzər alsaq ki, bu il iqtisadiyyatda tənəzzülə görə ÜDM azalır, xarici dövlət borcları isə sürətlə artır, o halda ilin sonuna imzalanmış kreditlərə görə xarici dövlət borcları ÜDM-in 1/3-dən, istifadə edilmiş kreditlərə görə isə 1/4-dən çox olacaq».
«İLDƏ 600 MİLYON DOLLAR BORC QAYTARMAĞA GEDECƏK»
Ekspert əlavə edir ki, imzalanmış müqavilələrə görə, xarici dövlət borcunun 58.6 faizi və ya 6 milyard dolları 10 ilə ödənilməlidir: «Beləliklə də, götürülmüş öhdəliklər üzrə dövlətin borcunun əsas hissəsi 2025-ci ilədək qaytarılmaldır. Bu isə ildə orta hesabla 600 milyon dollar vəsaitin bu məqsədlər üçün istifadə ediləcəyini deməyə əsas verir. 2016-cı il yanvarın 1-nə Azərbaycan banklarının xarici öhdəlikləri 5.5 milyard dollar, Azərbaycan Dövlət Neft Şirkətinin konsolidə edilmiş borcu isə 6.3 mlrd. dollar təşkil edib».
«AZƏRBAYCAN MDB-DƏKİ ÜSTÜNLÜYÜNÜ İTİRMƏKDƏDİR»
Q.İbadoğlu deyir ki, Azərbaycan hökuməti əlavə borc götürməkdən ötrü hazırda Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə intensiv danışıqlar aparır: «Eyni zamanda Azərbaycan və Asiya İnkişaf Bankı arasında ölkənin enerji sisteminin yenidən qurulması üçün 1 milyard dollarlıq investisiya proqramı üzrə anlaşma memorandumu imzalanıb. Göründüyü kimi, bir vaxtlar xarici dövlət borclarının ÜDM-də xüsusi çəkisinə görə MDB məkanında ən yaxşı mövqedə dayanan Azərbaycan bu üstünlüyünü də itirməkdədir».
«YÜK SON NƏTİCƏDƏ DÖVLƏT BÜDCƏSİNİN ÜZƏRİNƏ DÜŞƏCƏK»
İqtisadçının deməsinə görə, hazırda bu istiqamətdə yaranan narahatlıq yalnız borcların ümumi məbləğinin artması deyil: «Narahatlıq həm də dövlət zəmanətli borcların səmərəsiz istifadəsinə görədir. Onun qaytarılması son nəticədə dövlət büdcəsinin üzərinə düşəcək. Bu da onsuz da gərgin durumda olan dövlət büdcəsinin maliyyələşdirmə imkanlarını daha da məhdudlaşdırır».

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam