Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Avtobuslardan istifadə edənlərin nəzərinə:Bu xəbəri mütləq oxuyun - VİDEO

Avtobusların oturacaqlarında it daşıyanlar da peyda olub.


Yenixeber.org: Avtobuslarda tikinti materialları, heyvanların aparılması sərnişinləri çox vaxt narahat edir. Təəssüflər olsun ki, bu hallar getdikcə daha da artır.

ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Vəziyyət o yerə çatıb ki, avtobusların oturacaqlarında it daşıyanlar da peyda olub. Heç bir təhlükəsizlik vasitəsi olmayan heyvan, sahibi tərəfindən avtobusa mindirilir. Sürücünün iradından sonra isə avtobusu tərk edir.

Bu hələ vəziyyətin yaxşı formasıdır. Əndazəli yüklərdən tutmuş, tikinti və ev əşyalarına kimi bir çox yükləri marşrut avtobusları ilə daşıyanlar var.

Sürücü: “Gediş-gəlişə çətinlik törədirlər”.

Sürücü: “Sərnişinlər də gərək bizi başa düşsün. Sərnişin avtobusunda yük daşımaq olmaz”.

Bu yüklərin daşınmasından sərnişinlər kimi, daşıyıcı şirkətlər də əziyyət çəkir. Çünki, o yüklər daşınan zaman avtobuslara maddi ziyan vurula bilər.

Babək Əlisgəndərov - Daşıyıcı Şirkətin nümayəndəsi: “Avtobusları qorumaq lazımdır. Ya şüşəni sındırırlar, ya ziyan verirlər. Bu hallara yol verməmək lazımdır”.

İctimai nəqliyyatda yüklərin daşınması ilə bağlı xüsusi qayda olmasa da, yalnız əl yüklərinin daşınmasına icazə verilir. Amma digər sərnişinlərin həyatı üçün hər hansısa bir təhlükə yaratmamaq şərti ilə.

Ekspertlər deyir ki, bunun üçün xüsusi qaydaların tətbiqinə ehtiyyac var. Bu kimi halların qarşısını almaq üçün ictimai qınağın da olması vacibdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam