Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Bu lövhə sərnişinləri çaşdırır

 Bakı Beynəlxalq Avtovağzalının yaxınlığındakı dayanacaqda olan məlumat lövhəsi sərnişinləri əməlli- başlı çaşdırıb

Yenixeber.org: Lövhədə həmin dayanacqdan keçməli olan marşrut xətlərinin nömrələri yazılıb, amma orada qeyd olunan marşrut xətləri ya tamamilə ləğv olunub, ya da ki, oradan ümumiyyətlə keçmir. Nəticədə isə sərnişinlər saatlarla gəlməyən marşrutu gözləməli olurlar.
Sözügedən məlumat lövhəsində 15 marşrut xəttinin nömrəsi qeyd olunub. Amma onlardan cəmi ikisi bu dayanacaqdan sərnişin götürür.
Sərnişinlər isə hansı marşrutun burdan keçib- keçmədiyini yalnız xeyli gözləməklə bilirlər. Bu problemdən ən çox əziyyət çəkənlər isə rayondan Bakıya gələnlər olur.
Şəhər istiqamətinə hərəkət edən bir neçə marşrut avtobusları var ki, onlar bu dayanacaqdan keçir. Amma onların da heç birinin nömrəsi məlumat lövhəsində qeyd olunmayıb. Baxmayaraq ki, avtovağzal kompleksi istifadəyə veriləndən həmin marşrutlar bu xətlə hərəkət edirlər.
Məsələ ilə bağlı problemi isə heç bir qurum öz üzərinə götürmür. Görünən isə odur ki, məlumat lövhəsi hələ çox sərnişini çaş-baş salacaq. /xezerxeber.az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam