Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Səbaildə ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş iməcilik keçirilib -FOTO

 

Səbaildə ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş iməcilik keçirilib -

 

Səbaildə ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş iməcilik keçirilib

Yenixeber.org:  Növbəti genişmiqyaslı ağacəkmə aksiyası Səbail RİH tərəfindən məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə keçən əsrin 70-ci illərində yaradılmış "Şıx" ərazisindəki "Dostluq parkı"nda rayonun idarə, təşkilat, müəssisələrinin, təsərrüfat xidmətlərinin işçiləri və rayon ictimaiyyətinin nümayəndələrinin, ümumilikdə 500 nəfərin iştirakı ilə keçirilib.

İməcilik parkın bütün ərazisini əhatə edib. Ərazidə toplanmış daş və digər tullantılar bir yerə yığılaraq texnika vasitəsi ilə daşınıb. İştirakçılar küləyin əraziyə gətirdiyi selofan, kağız parçalarını yığışdırıb, əvvəlki illərdə əkilmiş ağaclara qulluq göstərilib, onların dibi açılıb, ərazi qurumuş otlardan təmizlənib, ağacların qurumuş budaqları budanaraq ərazidən çıxarılıb. Parkda ağacların sulanması üçün çəkilmiş xətlər onların inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

Iməclik iştirakçıları parkın ərazisində 1000 ədəd Eldar şamı, zeytun və digər ağaclar əkib, ərazi quru ot və digər tullantılardan təmizlənib, əlavə olaraq əvvəl əkilmiş ağaclara qulluq göstərilib.

Iməcilikdə Bakıdakı İB məktəbləri sırasıda yer alan 6 nömrəli məktəb-liseyin kollektivi də fəal iştirak edib, balacalar təbiətin qorunması və yeni ağacların əkilməsinə öz töhfələrini veriblər.

Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun istirahət parkları və bağlarında güllərdən müxtəlif kompozisiyalar hazırlanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam