Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Ulu Öndərin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş növbəti tədbir keçirilib -Həştərxanda (FOTOLAR)

 Ulu Öndərin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş növbəti tədbir keçirilib -

 

 Yenixeber.org:  Rusiya Federasiyasının Həştərxan vilayətində Ulu öndər Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi ilə bağlı vilayətin qubernatoru A.Jilkin tərəfindən təsdiq edilmiş tədbirlər planı çərçivəsində 5 may 2017-ci il tarixdə Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına 11 saylı orta məktəbində bir sıra açıq dərslər keçirilmişdir.

Bütün dərslərdə şagird və müəllimlərlə yanaşı Ümumrusiya Azərbaycanlıları Konqresinin Həştərxan bölməsinin sədri Ə.Hüseynov, diaspora nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

 Şagirdlərə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən,onun Azərbaycanın qurulmasında və inkişafında, iki xalq və dövlət arasında dostluq münasibətlərinin möhkəmlənməsi və inkişafında Ulu öndərin əvəzsiz rolundan danışılıb. Qeyd olunub ki, Həştərxanda keçirilən tədbirlər ulu öndər Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramın təzahürüdür.

 

Öz növbəsində şagirdlər açıq dərslərə yaradıcılıqla yanaşaraq yerli azərbaycanlılardan müsahibələr götürmüşlər və “Heydər Əliyevin xatirəsinə” adlı qəzet hazırlamışlar.

Ulu Öndərin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş növbəti tədbir keçirilib -
Ulu Öndərin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş növbəti tədbir keçirilib -

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam