Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nərimanov rayonunda yerləşən yaşıllıq zolağında iməcilik keçirilib

 

 

"Xeberinfo.com":  Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin respublikada ekoloji tarazlığın qorunması ilə bağlı verdiyi müvafiq tapşırıqlara uyğun olaraq Nərimanov Rayon İcra Hakimiyyətinin və İDEA İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində rayonun ərazisində yerləşən 15 hektar sahəni əhatə edən yaşıllıq zolağında, həmçinin rayonun digər ərazilərində ağacəkmə kampaniyası keçirilib.

Məqsəd yaşıllıq zolağını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdir.

Rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələrinin, rayon ictimaiyyətinin, könüllü sakinlərin, həmçinin gənclərin, ümumilikdə 500 nəfərdən çox adamın yüksək fəallıqla qoşulduğu genişmiqyaslı iməcilikdə ətraf ərazi tullantılardan təmizlənərək burada mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib və ərazidə İtaliyadan gətirilmiş 200 ədəd Leylandra və müxtəlif növ digər ağac və kollar əkilib.

Rayonda geniş vüsət alan bu qəbildən olan tədbirlərin gələcəkdə miqyasının genişləndirilərək daha böyük ərazini əhatə etməsi nəzərdə tutulub.








Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam