Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Bakıda 5-ci “Barama Hackathon” yarışması keçiriləcək

 

“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi “PAŞA Bank” ASC-nini dəstəyi ilə gənc proqramçılar üçün təşkil etdiyi təlim və yarış xarakterli “Barama Hackathon 2018” layihəsinə start verib. Bu barədə şirkətdən məlumat evrilib

 

Yenixeber.org: Bütün dünyada “Hackhathon”lar adətən “Google”, “Netflix”, “Facebook”, “HP” və “Microsoft” kimi nəhəng şirkətlər tərəfindən həyata keçirilir. Burada proqramçılar komanda şəklində müəyyən bir mövzu ilə bağlı məhdud zaman çərçivəsində rəqəmsal resurslar hazırlayır. Developerlərə təqdim olunan bu dəfəki mövzu – “Azercell” müştərilərinə, onların cihazlarının təmir statusu barədə SMS və platform-daxili bildirişlərlə xəbər verən müstəqil platformanın yaradılmasıdır. 15 komandanın mübarizə aparacağı yarışa 5 May saat 09:00-da start veriləcək. 36 saat davam edəcək yarış 6 May saat 21:00-də dayandırılacaq. Bu müddət ərzində hazırlanan mobil tətbiqlər 10 may tarixində münsiflər heyətinə təqdim olunacaq. I yerin qalibi rəqəmsal məhsulun hazırlanmasına və “Azercell”də tətbiqinə görə şirkətlə 5 min manat dəyərində müqavilə imzalamaq şansını qazanacaq. II və III yerin qalibləri isə “PAŞA Bank” və Barama tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.

Müsabiqədə iştirak etmək istəyən proqramçılar mayın 2-i tarixinə qədər hackathon.barama.az saytına daxil olaraq qeydiyyat formasını doldurmalıdırlar.

Layihə çərçivəsində komandaların qida təlabatı Özsut restoranlar şəbəkəsi, tədbirin Media dəstəyi isə technote.az portalı və Barama Media tərəfindən təmin ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam