Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

“Nar” operatoru “Microsoft Imagine Cup” innovasiya müsabiqəsinə dəstək verməyə davam edir

“Nar” operatoru “Microsoft Imagine Cup” innovasiya müsabiqəsinə dəstək verməyə davam edir

 

 

 

Gənc kadrların formalaşmasına, onların bilik və bacarıqlarının artırılmasına xüsusi önəm verən “Nar” bu il də “Microsoft Imagine Cup” innovasiya müsabiqəsinə dəstək vermək qərarına gəlib.

 

Xeberinfo.com:   Azərbaycan Respublikası Təhsil nazirliyi, “Microsoft Azerbaijan” şirkəti, Yüksək Texnologiyalar Parkı və “Nar” tərəfindən ənənəvi olaraq dəstəklənən “Microsoft Imagine Cup” dünya tələbələri arasında hər il keçirilən ən miqyaslı innovasiya müsabiqəsidir.

 

Qeyd edək ki, Azərbaycanda sözügedən müsabiqə ildə bir dəfə olmaqla artıq üçüncü dəfə təşkil olunur. Müsabiqə çərçivəsində ali və peşə təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar üç kateqoriya üzrə iştirak edirlər: “İnnovasiya”, “Dünya vətəndaşlığı” və “Oyunlar”. Müsabiqədə iştirak etmək üçün “Microsoft” platforması üzərində innovativ proqram layihəsi, “Microsoft” texnologiyaları əsasında müasir dövrün problemlərini həll edən tətbiqin prototipini və ya istənilən “Microsoft Windows” platformaları üzərində orijinal oyun hazırlamaq lazımdır.

 

21 noyabr 2016-cı il tarixdə müsabiqə münasibətilə təşkil olunmuş görüşün əsas məqsədi tələbələrinyenilikçi ideyalara malik gənclər üçün mövcud olan imkanlar haqqında məlumatlandırılması idi. Tədbirdə informasiya texnologiyaları və biznesin inkişafı istiqamətində yerli və xarici şirkətlərin təqdim etdiyi  məhsul, proqram və təşəbbüslər təqdim olundu. Görüş çərçivəsində ənənəvi “Microsoft Imagine Cup – 2017” müsabiqəsinin şərtləri izah olundu. Bununla bərabər, tələbələr üçün nəzərdə tutulmuş digər layihə və imtiyazlar da tədbirdə müzakirə edilən mövzular arasında yer aldı.

 

 

Təhsil, elm və mədəniyyətin inkişafı “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyasının başlıca prioritetlərindəndir. Mobil operatorun KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək mümkündür.   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam