Terminologiya Komissiyasından alternativ sözlər- SİYAHI
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının qəbul etdiyi bəzi terminlər məlum olub
Yenixeber.org: Komissiya ingilis dilində 45-dən çox terminin Azərbaycan dilində qarşılığını müəyyən edib.
Terminologiya Komissiyasının müvafiq qərarı ilə “Aerial collision” – “Havada toqquşma”, “Aerial dusting” – “Havadan tozlandırma”, “Aerial work” – “Aviasiya işləri”, “Airline” – “Aviaşirkət”, “Air carrier” – “Aviadaşıyıcı”, “Airworthy” – “Uçuşa yararlı”, “Airworthiness” – “Uçuşa yararlılıq”, “Arrival area” – “Gəliş ərazisi”, “Arrival point” – “Gəliş məntəqəsi”, “Confidence interval” – “Etibarlılıq intervalı”, “Confidence limit” – “Etibarlılıq limiti”, “Crest factor” – “Amplitud əmsalı”, “Critical wing” – “Kritik qanad”, “Crossbar” – “İşıq üfüqü”, “Cross-wind” – “Yan küləyi”, “Customs airport” – “Gömrük aeroportu”, “Customs authorities” – “Gömrük orqanı”, “Disc area” – “Disk sahəsi”, “Disc loading” – “Disk yüklənməsi”, “Discrete code” – “Diskret kod”, “Discrete frequency” – “Diskret tezlik”, “Drift” – “Dreyf”, “Drift angle” – “Dreyf bucağı”, “Fixed wings” – “Hərəkətsiz qanadlar” kimi müəyyənləşdirilib.
Eyni zamanda, “Aileron” – “Eleron”, “Air bleed” – “Havanın sovrulması”, “Air-brake” – “Hava əyləci”, “Airframe” – “Planer”, “Airframe noise” – “Planerin küyü”, “Airport charge” – “Aeroport rüsumu”, “Airport capacity” – “Aeroport tutumu”, “Air taxi” – “Aerotaksi”, “Air traffic” – “Havada hərəkət”, “Barrette” – “Xətti işıq”, “Boundary light” – “Sərhəd nişanı”, “Broadcast” – “Radioyayım”, “Celestial navigation” – “Astronaviqasiya”, “Centre of pressure” – “Təzyiq mərkəzi”, “Commercial aviation” – “Kommersiya aviasiyası”, “Commercial invoice” – “Yük fakturası”, “Consignee” – “Yükalan”, “Control surface” – “İdarəetmə səthi”, “Convestion cloud” – “Konvektiv bulud”, “Cruising speed” – “Kreyser sürəti”, “Customs control” – “Gömrük nəzarəti”, “Customs duties” – “Gömrük rüsumları”, “Customs procedure” – “Gömrük qaydaları”, “Danger area” – “Təhlükəli zona” kimi müəyyən olunub.