Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

DTX-nın rəis müavini:"20 yanvar hadisələrini törədənlər Azərbaycan xalqının azadlığı uğrunda mübarizliyini məhv etmək istəyirdilər"

 

DTX-nın rəis müavini:

 

Yenixeber.org: Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində "Müasir Azərbaycanın qəhrəmanlıq məktəbi: 20 Yanvardan bu günədək" mövzusunda tədbir keçirilib.

Tədbirdə 20 Yanvar şəhidlərinin, Milli Qəhrəmanların ailə üzvləri, dövlət rəsmiləri iştirak edib.

Tədbirdə əvvəlcə Azərbaycanın müstəqillik mübarizəsinə, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlətçilik siyasətinə həsr olunan film nümayiş olunub.

DTX-nın rəis müavini, general-mayor İlqar Musayev bildirib ki, həmin qanlı hadisələrin baş verməsindən illərin ötməsi o günü unutdurmur, əksinə tarixi əhəmiyyətini və dəyərini daha dərindən dərk etməyə imkan verir: "Həmin faciəni törətməkdə məqsəd Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, azadlığı uğrunda mübarizliyini məhv edib sarsıtmaq idi. Amma buna nail ola bilmədilər. Xalqımız igid, qəhrəman övladları şəhidlik zirvəsinə ucalaraq əbədi ölməzlik qazandılar".

O qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması istiqamətində Prezident İlham Əliyev tərəfindən ardıcıl və geniş iş aparılır: "Azərbaycan bu yöndə dövlət səviyyəsində böyük siyasi- diplomatik iradə və əzm nümayiş etdirir. Ölkədə ordu quruculuğu işləri uğurla davam etdirilir. Aprel döyüşləri də buna bariz nümunədir".

"Şəhid anaları" Xeyriyyə Cəmiyyətinin sədri, Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova, Azərbaycan Xüsusi Xidmət Veteranları İctimai Birliyinin sədri Şamil Süleymanov və digər çıxış edənlər vurğulayıblar ki, 1990-cı ildə yanvarın 19-dan 20-ə keçən gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə sədaqətini bütün dünaya nümayiş etdirib. 

Tədbir çıxışlarla davam edib.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam