Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

DTX-nın Səbail rayon idarəsinin yeni inzibati binasının açılışı olub

 

Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasından 99 il ötür

 

Yenixeber.org: Peşə bayramı münasibətlə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev və xidmətin əməkdaşları Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin əziz xatirəsini hörmətlə yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb.

Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının unudulmaz xatirəsi də yad olunub, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Səbail rayon idarəsinin yeni inzibati binasının açılışı olub. Tədbirdə general-leytenant Mədət Quliyev, DTX-nin əməkdaşları, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və rayon hüquq mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. 

Əvvəlcə mərasim iştirakçıları binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətini və Azərbaycan təhlükəsizlik orqanlarının tarixini əks etdirən fotostendə baxıblar.

Müasir üslubda tikilən binanın otaqları, əməliyyatçıların iş şəraiti ilə tanış olan general-leytenant Mədət Quliyev bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə möhtəşəm uğurlar əldə edir. Azərbaycanın bütün şəhər, rayon və qəsəbələrində quruculuq və abadlıq işləri geniş vüsət alıb.

Dövlət başçısı tərəfindən hüquq mühafizə orqanlarının inkişafına daim diqqət və qayğı göstərildiyini vurğulayan M.Quliyev, DTX-nin Səbail rayon idarəsinin müasir tələblərə cavab verən yeni inzibati binasının açılışının məhz bu qayğı və diqqətin növbəti bariz nümunəsi olduğunu qeyd edib.

M.Quliyev yeni binada əməkdaşların öz xidmətlərini daha səmərəli və peşəkar təşkil etmələri üçün yaradılan yüksək şəraitə, eləcə də müasir maddi-texniki təminata və təchizata görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib.

O, DTX-nin Səbail rayon idarəsinin əməkdaşlarını peşə bayramı və yeni binanın istifadəyə verilməsi münasibətilə bir daha təbrik edərək, onlara xidmətlərində uğurlar arzulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam