Redaktor seçimi
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
Günün xəbəri

DTX-nın Mədəniyyət Mərkəzində beynəlxalq elmi konfrans keçirilib -FOTO

DTX-nın Mədəniyyət Mərkəzində beynəlxalq elmi konfrans keçirilib -

 

1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar martın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində beynəlxalq elmi konfrans keçirilib

Yenixeber.org:  Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və DTX-nin təşkilatçılığı ilə keçirilən "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi. Müasir dövrdə soyqırımı, hərbi təcavüz və etnik təmizləmə siyasəti" mövzusunda konfransa Azərbaycan ilə yanaşı, bir neçə ölkədən tanınmış alimlər qatılıb.

Konfransda Dövlət Komissiyasının katibi, işçi qrupunun rəhbəri İsmayıl Axundov tədbirdə çıxış edərək ermənilərin iki əsrə yaxın müddətdə Azərbaycan xalqına qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasəti barədə məlumat verib.

İsmayıl Axundov Dövlət Komissiyasının ermənilərin törətdikləri qanlı cinayətlər və soyqırımları ilə bağlı araşdırmalar apararaq, ortaya çıxarılan faktların dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirdiyini bildirib. Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin direktoru, professor Kamal Çiçək çıxışında beynəlxalq ictimaiyyəti soyqırımına məruz qalmaları barədə uydurma yalanlarla çaşdırmağa çalışan ermənilərin Qafqaz bölgəsində törədilən soyqırımların əsas səbəbkarları və iştirakçıları olduqlarını qeyd edib.

Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov ermənilərin həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində dinc azərbaycanlıların qətlə yetirilməsi ilə yanaşı, xalqımıza aid qədim tarixi-mədəni abidələrin də məhv edildiyini vurğulayıb. Bildirib ki, Ermənistandan fərqli olaraq, Bakının mərkəzində erməni kilsəsi Azərbaycan dövləti tərəfindən mühafizə olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam