Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Jurnalistlərin 3-cü binası”ndakı mənzillər şəhid ailələrinə paylandı - Nazirlik TƏSDİQLƏDİ

3-cü “Jurnalist binası”nın mənzilləri nə vaxt paylanacaq? - MEDİA  rəhbərindən AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Bakı şəhərinin Bibiheybət qəsəbəsindəki yeni yaşayış binasından 250 mənzil təqdim edib.Bu barədə nazirlik məlumat yayıb.
Yenixeber.org: Həmin binanın jurnalistlər üçün tikilən 3-cü bina olub-olmadığını dəqiqləşdirmişik.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov əməkdaşımızla söhbətdə mənzilləri bölüşdürülən binanın jurnalistlər üçün tikilən 3-cü bina olduğunu təsdiqləyib.
“Bəli həmin binadan 250 mənzilin sənədləri 4 saylı DOST Mərkəzində şəhid ailələrinə və müharibə əlillərinə təqdim edildi”, - F.Talıbov deyib.
Qeyd edək ki, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu 20 ünvanında yerləşən binada 255 mənzil var.
Xatırladaq ki, jurnalistlər üçün tikilmiş 3-cü binanın təməli ölkə Prezidentinin sərəncamı ilə 2017-ci ildə qoyulub.
Lakin sonradan mənzillərin jurnalistlərə deyil, şəhid ailələri və qazilərə verilməsi qərara alınıb. Nazirlər Kabineti bununla bağlı müvafiq Sərəncam verib.(Modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam