Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Millətin vəkili " gilas" a həsrət



Millətin vəkili " gilas"a həsrət,
Görən bəs, bu kasıb axı neyləsin?!..
Altı min məvacib sənə bəs etmir?
Fəqirlər ailəsin necə yemləsin?..
*****
Fırlanıb ortada yelləncək kimi,
Sözünüz, kəlməniz dəyməz qəpiyə.
Güldürüb aləmi əyləncək kimi,
Atılan hər sözüm dönər təpiyə!
*****
Bu yazıq millətin avansı "onluq",
Bu pula düşməyir bir atrez donluq.
Məvacib alırlar yüzdən aşağı,
Əlimiz çox "gödək", dizdən aşağı...
*****
Qiymətlər az qala" qinnes" ə düşür,
Deyəsən, rekordu qıran "gilas"dır.
Millətin vəkili tamarzı qalıb,
Yemirsən al bir az, qulaqdan asdır!
*****
Bu qarın var ikən  başdan aşağı,
Nə çoxdur gileyin "millət vəkili".
Kormusan bu qədər millətin acdır?
Adına qoyulsun, zillət ƏKİLİ...
*****
Ailə var, atanın gözü kölgəli,
O, ala bilməyir " nəyən- nüyən" dən.
"Seçilən" vəkilə, xalqım övkəli,
Söz edə bilmirik  toydan, düyündən...
*****
Deşilsin o qarın " gilas" axtarır,
Yaxşı ki, söyləmir "tut" da yemədim.
Artdıqca pulları miras axtarır,
Mən nələr yazardım, çox şey demədim...

Təranə Şəms



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam