Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Dillər Universitetində tələbələr istəyinə çatdı –VİDEO+FOTOLAR

Bu gün Azərbaycan Dillər Universitetinin Elmi Şurasının konfransı keçirilib.

Yenixeber.org:  Musavat.com-un məlumatına görə, konfransda Elmi Şuranın üzvləri və təhsil nazirliyinin nümayəndəsi Yaqub Piriyev iştirak edib.

Şuranın açılışını rektor Əfqan Abdullayev edib. O bildirib ki, tələbələrin haqlı iradları nəzərə alınıb və onlara iki variant təklif olunub. Onlar həm test üsulu ilə imtahan verməyi, həm də hesabat işi yazmağı seçə bilərlər.

Qeyd edək ki, may ayının 30-da ADU tələbələri etiraz aksiyası keçirərək, dövlət imtahanın ləğv olunmasını tələb ediblər.

Etiraz aksiyasında təxminən 200-300 tələbə iştirak edib. Məsələnin həlli üçün təhsil naziri Mikayıl Cabbarov öz müavini Ceyhun Bayramovu hadisə yerinə göndərib. C.Bayramov etirazçı tələbələri universitetin konfrans zalına dəvət edib. Tələbələr isə media nümayəndələrinin də konfrans zalına buraxılması şərti ilə dəvəti qəbul ediblər. Görüşdə C.Bayramov tələbələrin şikayətini dinlədikdən sonra alınan qərarın Elmi Şurasının konfransında açıqlanacağını bildirib.

Xatırladaq ki, ADU-nun keçmiş rektoru Səməd Seyidovun ləğv etdiyi dövlət imtahanını bu il hazırki rektor Əfqan Abdullayev bərpa edib. Dördüncü kurs tələbələri isə iddia edir ki, onlar universitetə qəbul olduqları zaman imzalanan müqavilədə dövlət imtahanı olmayıb. Ə.Abdullayev isə bu qərarın Nazirlər Kabineti tərəfindən təsdiqləndiyini bildirir.

May ayının 26-da pedaqoji təcrübənin yekunlaşması ilə bağlı keçirilən konfransda dördüncü kurs tələbəsi ilə rektor arasında gərginlik yaşanmıdı. Həmin hadisə böyük ajiotaja səbəb olmuşdu.

 

 

00:06
00:34
 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam