Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

ASAPES-in baş müəllimi Türkiyənin Qars şəhərində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib -FOTOLAR

 

18-19 oktyabr 2023-cü il tarixində Türkiyənin Qars şəhərində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Yenixeber.org: Qars Qafqaz Universiteti, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi,  Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu, Diasporla İş Üzrə Dövlət Komitəsi, Elger Elm və Təhsil Mərkəzi, Əskişəhər Azərbaycanlılar Dərnəyi, Türkiyə-Azərbaycan dərnəkləri federasiyası, İğdır Azərbaycan Evinin təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və Türkiyə” adlı çoxtərəfli beynəlxalq elmi konfransa 12 ölkədən 100-dən çox elm adamı qatılıb.
Beynəlxalq konfransda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını (ASAPES) “Bədən tərbiyəsi və idmanın nəzəriyyəsi və metodikası” kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Müjkan Məmmədzadə təmsil edib. Konfransın təşkilat komitəsinin üzvü və bölmə rəhbəri olan Müjkan xanıma konfransın fəxri qonağı kimi Heydər Əliyevin 100 illik yubiley plaketi təqdim edilib.
Üç bölmədə işini davam etdirən konfransda ümummilli lider Heydər Əliyevin dövlətçilik, elm və təhsil, mədəniyyət, ordu quruculuğu, gənclər siyasəti, multikulturalizm və digər sahələrdə həyata keçirdiyi islahatlarından bəhs olunub, foto və video təqdimatlar nümayiş edilib.
M.Məmmədzadənin bölmə iclasında "Heydər Əliyev və hərbi təhsil" mövzusundakı elmi məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb. Məruzələrdən sonra iştirakçılar sertifikatlarla təltif olunub.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam