Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Səməd Vurğunun 110 illik yubileyinə həsr olunmuş elmi-ədəbi tədbir -“Zəka İşığında” İctimai Birliyinin daha bir tэdbiri (FOTOLAR)

Səməd Vurğunun 110 illik yubileyinə həsr olunmuş elmi-ədəbi tədbir -

 

     Qüdrət Hüseynovun böyük şairlə bağlı işıq üzü görməmiş dəyərli bir xatirəsi

 

 

Xeberinfo.com:   “Zəka İşığında” Milli Dəyərlərin, Təbliğinə Yardım İctimai Birliyinin sədri, “Milli Zəka” jurnalının təsisçisi və baş redaktoru, AJB və AYB-nin üzvü, AMEA Folklor İnstitutunun doktorantı, Prezident təqaüdçüsü, Cəmilə Çiçək İsbəndiyarova Azərbaycan ictimai mühitinin formalaşmasında mədəni, milli və mənəvi dəyərlərin təbliğindəki rolunu nəzərə alaraq yeni bir layihəyə imza atdı.

 

Belə ki, “Zəka İşığında”  İctimai Birliyi 27 dekabr 2016-cı il tarixdə saat 14:00-da Azərbaycan Yazıçılar Birliyində AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirliyinin,Türkiye İlim Edebiyat Eseri Sahipleri Meslek Birliği (İLESAM) və  Səməd Vurğunun Ev-Muzeyinin təşkilatçılığı ilə  birgə xalq şairi Səməd Vurğunun 110 illik yubileyi ilə əlaqədar “Səməd Vurğun və aşıq müasirlərinin yaradıcılığında vətən konseptinin öyrənilməsi və gənclər arasında vətənpərvərlik ideyasının təbliği” mövzusunda elmi-ədəbi tədbir keçirildi.

Tədbiri AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmanov  şairin həyat və yaradıcılığına nəzər salaraq söhbəti “Tənqidin Səməd Vurğun hədəfi” mövzusunda açdı. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Asif  Rüstəmli “Akademik Səməd Vurğunun  naməlum çıxışları” , Sənətşünaslıq elmləri doktoru, professor İlham Rəhimli “Səməd Vurğun və teatr”, AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya elmlər doktoru Ağaverdi Xəlilov  “Səməd Vurğunun vətən konsepti: məkan və məfkurə əlaqələri kontekstində”, filologiya üzrə fəlsəfə doktoru Bilal (ALARLI) Hüseynov “Səməd Vurğun yaradıcılığında Muğan mövzusunun tarixi-mifoloji qaynaqları”, İctimai Birliyin rəhbəri Cəmilə (ÇİÇƏK)  İsbəndiyarova  “Səməd Vurğun yaradıcılığında dastan motivləri və sovet dövrünün məhəbbət dastanları” mövzularında məruzələri dinlənilmişdir. BDU-nun kafedara midiri - professor Əyyub Əzizovun, Tibb Universitetinin dosenti Nağdəli Zamanovun, tanınmış şair Oktay Rzanın, Zaməddin Ziyadoğlunun, şair Xəqani Həbiboğlunun, Fəridə Ləmanın və başqalarının çıxışlarında Səməd Vurğunun şəxsiyyətınə və yaradıcılığına yüksək qiymət verildi.

Şair, yazıçı-publisist, AJB-nin , ASKEF-in, RAFMMM-ın üzvü, “Qızıl qələm”, “Əsrin ziyalısı – ilin alimi” mükafatları laureatı Qüdrət Hüseynov maraqlı bir mövzuda çıxış etdir:

 

“Mən əvvəlcə elimizin məğrur ziyalı qızı Cəmilə Çiçəyə bu tədbiri çox yüksək səviyyədə təşkil etdiyinə və keçirdiyinə görə təşəkkürümü bildirirəm. Bu tədbir Cəmilə xanımın gərgin əməyinin bəhrəsi və böyük uğurudur. Bu münasibətlə Cəmilə xanımı təbrik edir, ona yeni-yeni uğurlar arzulayıram. Arzu edirəm ki, belə tədbirlər davamlı olsun.

         Məni Qubanın Amsar kəndindən yubiley tədbirinə gətirən səbəb Səməd Vurğunun şəxsiyyətinə, yaradıcılığına olan marağımdan, hörmətimdən və məhəbbətimdən ibarətdir.

S.Vurğun 1926-1927-ci illərdə Qubada yaşayıb və müəllim işləyib. O, Qubadan köçüb getdikdən sonra da şair kimi, ictimai xadim kimi, deputat kimi Qubada dəfələrlə olub, qubalılarla çoxsaylı görüşlər keçirib. Onun hər görüşü şirin xatirələrə çevrilərək tarixə düşüb.

         Böyük Vətən müharibəsi dövründə ölkəmizdə aclıq hökm sürürdü. Səfərbərlik yaşına çatmamış yeniyetmələr Qubanın rayon mərkəzindən uzaqda yerləşən kəndlərindən bir şələ odunu piyada Quba bazarına gətirər və sataraq qazandığı pulla çörək alıb evlərinə aparardılar. Belə günlərin birində Qubanın İspik kəndindən Məmmədağa adlı bir yeniyetmə oğlan bir şələ odunu bazara gətirir və satmaq üçün müştəri gözləyən zaman tanımadığı cavan kişi yaxınlaşır və onların arasında kiçik dialoq baş tutur:

- Odunu neçəyə satırsan?

- Əlli manata.

- Qoltuğundakı nə kitabıdır?

Səməd Vurğunun “Komsomol” poeması.

- Səməd Vurğunu görmüsən?

- Görməmişəm, ancaq onu görmək ən böyük arzumdur.

- Səməd Vurğunun şeirlərindən əzbər bilirsən?

- Bilirəm.

- Danışa bilərsən?

- Bilərəm.

- Danış.

         Məmmədağa Səməd Vurğunun şeirlərindən birini ucadan söyləyir və şeir bitən  kimi həmin kişi bir yüzlük uzadaraq deyir:

<!--[if !supportLists]-->-         <!--[endif]-->Bu pul sənindir. Əlli manat oduna görə, əlli manat da şeiri çox gözəl söylədiyinə  görə. Sənin gələcəyin parlaqdır. Oxu, həyatda özünə mövqe tut.

Kişi bu sözləri deyib gedəndə Məmmədağa dillənir:

         - Odun qaldı...

         - Odunu satarsan, -  deyə həmin kişi gülümsəyərək maşına minir.

         Bu vaxt Məmmədağaya yaxınlaşan yaşlı kişi maraqla soruşur:

         - Səmədlə nə danışırdın?

         - Hansı Səmədlə?

         - Vurğun Səmədlə.

         - O, Səməd Vurğun idi?

         Məmmədağa Səməd Vurğunun getdiyi maşına tərəf qaçmaq istəyəndə maşın uzaqlaşaraq gözdən itmişdi.

         Atası müharibədə olduğu üçün ailələrinin bütün yükünü hələ bərkiməmiş çiyinlərində daşıyan balaca Məmmədağa üçün 100 manat pul böyük məbləğ idi. Ancaq Səməd Vurğunun ona dediyi sözlər 100 manatdan dəfələrlə qiymətli idi. S.Vurğunun sözlərindən ruhlanan Məmmədağa Mirzağayev ali təhsil alır və uzun müddət dövlət qulluğunda çalışır. İki il əvvəl dünyasını dəyişən M.Mirzağayev ömrünün son günlərinə kimi deyirdi ki, mən Səməd Vurğunun çörəyini yeyirəm. əgər onunla təsadüfi görüşümüz və söhbətimiz alınmasaydı, yəqin ki, bu səviyyəyə yüksələ bilməzdim.

         S.Vurğun onu tanıyanların və sevənlərin qəlbində yaşayır və uzun illər boyu yaşayacaqdır.”

 

Tədbirdə xalq şairi Səməd Vurğunun anadan olmasının 110 illiyinə həsr edilmiş şeir müsabiqəsinin qalibləri  Hüseynbəyli Faiq Bilal oğlu, Verdiyev Xəqani Həbib oğlu, Həmidov Adil İbrahim oğlu “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin təsis etdiyi “MILLİ ZƏKA” diplomu və pul mükafatlarına, onluğa daxil olan yeddi nəfər isə “fəxri fərman”larla  təqdim edildi.

Tədbir İstedadlı insan Aşıq İlham Aslanbəylinin saz havalarının sədaları altında sona yetdi.

 

  Cəmilə Çiçək tədbirdə iştirak edən hər bir iştirakçıya öz təşəkkürünü bildirdi.

 

 

 

Əlirza İSBƏNDİYAROV,

 

publisist

Səməd Vurğunun 110 illik yubileyinə həsr olunmuş elmi-ədəbi tədbir -
Səməd Vurğunun 110 illik yubileyinə həsr olunmuş elmi-ədəbi tədbir -
Səməd Vurğunun 110 illik yubileyinə həsr olunmuş elmi-ədəbi tədbir -
Səməd Vurğunun 110 illik yubileyinə həsr olunmuş elmi-ədəbi tədbir -
Səməd Vurğunun 110 illik yubileyinə həsr olunmuş elmi-ədəbi tədbir -
Səməd Vurğunun 110 illik yubileyinə həsr olunmuş elmi-ədəbi tədbir -
Səməd Vurğunun 110 illik yubileyinə həsr olunmuş elmi-ədəbi tədbir -
Səməd Vurğunun 110 illik yubileyinə həsr olunmuş elmi-ədəbi tədbir -
Səməd Vurğunun 110 illik yubileyinə həsr olunmuş elmi-ədəbi tədbir -


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam