Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı məni intihar həddinə çatdırıb” –Müharibə iştirakçısı

 

Sosial şəbəkələrdə Vətən müharibəsi iştirakçısı Əzizov Kamil Bafadar oğlunun videomüraciəti yayılıb.


K. Əzizov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun onu intihar həddinə çatdırdığını deyir:
“Dövlət qulluğunun müsahibə mərhələsində uğur əldə etmişəm. Dəfələrlə müraciət etmişəm, yersiz bəhanələrlə müraciətimə baxılmayıb. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısına da müraciət etmişəm. Onlar məni başlarından ediblər. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı məni intihar həddinə çatdırıb”.
O bildirib ki, Azərbaycan Texniki Universitetini bitirib və peşəkar idmançıdır.
K. Əzizov prezidentə və birinci vitse-prezidentə müraciət edərək probleminin həll olunmasını istəyib.


Video linkdə My Webpage


Sumqayıt Şəhər İcra HakimiyyətindənYeniavaz.com-un müvafiq sorğusuna cavab olaraq bildirilib ki, Vətən müharibəsi veteranı Kamil Əzizov icra başçısının qəbulunda dəfələrlə olub:


“Əzizov Kamil Bafadar oğluna maddi yardım edilib və işlə təmin olunub.
Belə ki, 10 iyun 2022-ci ildə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının səyyar qəbulunda işlə təmin olunmasını xahiş edib. Mənzil Kommunal İstehsalat Birliyinin nəzdində “Küçə İşıqları” idarəsində aparıcı mühəndis vəzifəsinə işə qəbul olunub.
Dünən (9 oktyabr – red.) növbəti dəfə Sumqayıt Şəhər İcra Hakimiyyətində olub, öz istəyi ilə işdən çıxdığını bildirib. Hal-hazırda da Sumqayıt Şəhər İcra Hakimiyyətində müraciəti dinlənilir”. (Xalq.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam