Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Azpetrol” benzini az doldurur? – VİDEO

“Azpetrol” benzini az doldurur? – VİDEO

“Azpetrol”a məxsus yanacaqdoldurma məntəqələrinin birində avtomobilə 3 litr əksik benzin vurulduğu bildirilir.

Yenixeber.org: Sosial şəbəkə istifadəçilərindən biri avtomobili ilə yanacaqdoldurma məntəqəsinə daxil olub, videoçəkiliş edib.

Belə ki, sürücü məntəqəyə daxil olmazdən öncə avtomobilin bort kompüteri 6 litr benzin olduğunu göstərir. Sürücü isə 20 litr benzin doldurur. Yanacaqdoldurma məntəqəsindəki monitorda 20 litr benzin vurulduğu göstərilsə də, sürücünün bort kompüteri 3 litr əksik vurulduğunu göstərib.

O, “Azpetrol”un vətəndaşları aldatdığını iddia edir.

Məsələni araşdırmaq üçün Pravda.az-ın əməkdaşı “Azpetrol LTD”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arzu Ağayevə ilə əlaqə saxlayıb.

A.Ağayeva açıqlamasında belə deyib: “Həmin şəxs özü artıq bizə birbaşa müraciət etdi və cavabını da aldı…”

A.Ağayeva sürücüyə “Azpetrol” tərəfindən hansı cavab verildiyini açıqlamayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam