Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

YOL POLİSİNDƏN VƏTƏNDAŞA “VAR-YOX” SÖYÜŞÜ - VİDEO

 

600@0 (1)

Son günlər sosial şəbəkələrdə yol polisi ilə sürücünün qarşıdurmasını əks etdirən növbəti videogörüntü yayılıb.

Xeberinfo.com:   ANS PRESS-in məlumatına görə, görüntüdə yol polisi əməkdaşı sürücünün maşınını saxlatdıraraq onun sükan arxasında telefondan istifadə etdiyini bildirir.
Sürücü isə polis əməkdaşından ona bu qayda pozuntusunu sübut etməsini, həmin görüntüləri ona təqdim etməsini tələb edir. Belə olan halda əraziyə başqa bir polis əməkdaşı gəlir və sürücü ilə onun arasında mübahisə yaranır. Polis əməkdaşı vətəndaşa onun törətdiyi qayda pozuntusuna görə cərimə yazacağını, narazı olacağı halda məhkəməyə müraciət etməsini bildirir. Daha sonra mübahisə qızışır və polislə vətəndaş qarşılıqlı olaraq söyüşə keçirlər.
Təbii ki, yayılan bu görüntü ortaya bir sıra məqamları çıxarır. Maraqlı məqam isə ondan ibarətdir ki, sürücü vətəndaşın avtomobilini saxlatdırdığı zaman qayda pozuntusunu sübut etməyə məcburdurmu? Sürücü ilə yol polisi bir-birinə qarşı necə davranmalıdır?

Görüntü ilə bağlı ANS PRESS-ə açıqlama verən hüquqşünas Ərşad Hüseynov bildirdi ki, həmin videogörüntülərdə edilən bütün hərəkətlər demək olar ki, “yol patrul xidməti haqqında təlimat”dan kənardır.
Onun sözlərinə görə, burada hətta sürücünün davranışı da ümumi vətəndaş üçün qəbul edilmiş etik qaydalardan kənardır:“Burada yol polisi əməkdaşı isə təkcə etik davranış qaydasını pozmayıb, o həm də polis əməkdaşının konkret qanunla müəyyən edilmiş vəzifələrini də pozub. Əslində polis əməkdaşı işarə verərək avtomobili saxlatdıqda dərhal sürücüyə yaxınlaşıb özünü təqdim etməli, ona dayandırmanın səbəbini izah etməli və bundan sonra sürücüdən sənədlərini tələb etməlidir. Sürücü isə sənədlərini təqdim etməli, bundan sonra narazılığı olduğu halda etiraz etməlidir”.

Ərşad Hüseynov kadrlarda sürücünün onun sükan arxasında mobil telefondan istifadəsinin polis tərəfindən sübut edilməsini istəməsi barədə tələbinə də aydınlıq gətirdi. Onun sözlərinə görə, qanunvericilikdə sürücünün sükan arxasında mobil telefondan istifadəsinin hansı sübutla təsdiqlənməli olduğu yoxdur: “İnzibati xətalara dair işlər üzrə icraatda istənilən sübutla onu təsdiqləmək olar. Ancaq təbii ki, həmin sübut etibarlı, qanuni və təkzibedilməz olmalıdır. Əgər burada polis əməkdaşının əlində kamera görüntüsü varsa və onu yerindəcə təqdim etmək mümkündürsə, onu sürücüyə nümayiş etdirmək lazımdır. Əgər görüntü yoxdursa, polis qayda pozuntusunu gözləri ilə gördüyünü deməlidir. Qanun keşikçisi bildirməlidir ki, o aşkar etdiyi qayda pozuntusuna görə, protokol tərtib etməlidir. Əgər sürücünün narazılığı olsa, o məhkəməyə müraciət edə bilər. Burada vətəndaş telefondan istifadə etmədiyini sübut etməyə borclu deyil, ancaq polis əməkdaşı onun telefondan istifadə etdiyini sübut etməyə borcludur.Qanun da bunu tələb edir. Məhkəmə də polis əməkdaşının qayda pozuntusunu sübut edə bilməyəcəyi təqdirdə, protokol ləğv edilməlidir”.

Ərşad Hüseynov- Hüquqşünas

Ərşad Hüseynov- Hüquqşünas

Hüquqşünas vətəndaşın da burada vəziyyətdən sui-istfadə etdiyini bildirdi: “Vətəndaşın etdiyi hərəkət də doğru deyil. Ancaq polis əməkdaşının bu addımı “yol patrul xidməti haqqında təlimat”ı ayaq altına alır. YPX əməkdaşının etik davranışı qaydası, polis haqqında qanun var. Burada polis əməkdaşının etdiyi hərəkət heç doğru deyil. Yol polisi əməkdaşı vətəndaşa qanun nümayəndəsi olduğunu, sürücünün qanuna tabe olmalı olduğunu bildirməli idi. Sürücü tabe olmadıqda isə, onun qolunu qandallayıb şöbəyə aparmalı idi”.
Görüntü barədə açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Vaqif Əsədov bildirdi ki, sürücünün polis əməkdaşından belə bir tələbi doğru hal deyil: “Onda kəmərdən istifadə etməyən sürücü də polis əməkdaşı onu saxladığı zaman deyə bilər ki, kəmər taxmadığımı mənə sübut elə. Belə çıxır ki polis əməkdaşı əlində kamera gəzdirməlidir? Əslində yol polisi əməkdaşı doğru deyir ki, o protokol yazacaq. Narazı olan vətəndaş isə şikayət verə bilər. Çünki polis əməkdaşı üzərində dövlətin atributlarını daşıyan məsul şəxsdir. Narazı olanlar məhkəməyə müraciət etməlidirlər”.
DYP rəsmisi polis əməkdaşının söyüş söyməsi barədə isə bunları dedi: “Düzdür, orada polis əməkdaşının söyüşdən istifadə etməsi doğru hal deyil. Ancaq sürücü polis əməkdaşını elə bir vəziyyətə gətirib ki, burada polis əməkdaşı belə bir hərəkət edib”.

Vaqif Əsədov - Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsisinin rəisi, polkovnik


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam