Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

AzTV-də sovrulan milyonlar - Faktlar

 

Telejurnalist Qulu Məhərrəmli ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov arasında çəkişmə məhkəməyə daşınır.

 

Xeberinfo.com:  Moderator.az saytına müsahibəsində Q.Məhərrəmli "tarix mühasibat sənədi deyil, onu saxtalaşdırmaq olmaz" deyə Az TV-nin bostanına daş atıb.

Telejurnalist Qulu Məhərrəmli ilə "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov arasında çəkişmə məhkəməyə daşınır.

 

"Qafqazinfo”ya açıqlamasında da professor "bu gün büdcəsi 15-20 min manat olan ciddi bir saytın izləyiciləri, hər il dövlətdən 50 milyon manatdan çox vəsait alan AzTV-nin tamaşaçılarının sayından bəzən çox olur”, deyərək yenə diqqəti QSC-nin maliyyə məsələlərinə çəkib.

Bizimyol.info saytı da öz növbəsində AzTV-nin xərcləmələrinə nəzər salıb.

Əvvəla qeyd edək ki, dövlətdən maliyyələşən bir qurum olaraq AzTV rəsmi web-saytında pul məsələlərinə yer ayırmayıb və bununla da cəmiyyətə heç bir hesabat vermir. Digər dövlət qurumlarının hesabatlarında şirkətin xərcləmələrinə dair məlumatlar axtarmağa çalışdıq.

Satınalmalar üzrə Dövlət Agentliyinin müsabiqə reyestrləri bazasına 2010-cu ildə səhmləri 100% dövlətdə olan "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC üzrə cəmi 8 tender barədə məlumat işlənib. Həmin il "Broadcast Premier Solitions” şirkətindən 246 915 manat məbləğində avadanlıq alınıb. "Television Technique”dən də 1 900 251 manatlıq televiziya avadanlıqları əldə edilib. QSC-yə "Betecam SP” tipli avadanlığın ehtiyat hissələri 289 819 manat ("Kaspian Kom LTD” MMC), studiyadan kənar çəkiliş üçün işıq avadanlığı 196 008 manat ("Broadcast Premium Solution LTD”), video avadanlığın ehtiyat hissələri 291 342 manat ("BakıTəchizat SK” MMC), videokamera akkumulyatorları 168 858 manat ("Dayaq” MMC), videokamera kasetləri 232 260 manata ("Sandler Expert Limited”) əldə edilib. Həmin il QSC üzrə cəmi 3 325 453 manat tender yolu ilə xərclənib. Avadanlıqların qiymətinin nə qədər real olduğunu televiziyalarda işləyən texniki personal daha yaxşı bilər. Şirkətlərə gəlincə, "Broadcast Premium Solution LTD”nin adı axtarışlarda Azərbaycanda çıxmadı, xarici saytlarda buna oxşar adlar var, amma tam olaraq bu adda şirkət yoxdur. Kimdir, bizim ölkəyə necə gəlib, tenderi necə qazanıb, məlum deyil. QSC-dən 2 milyonluq sifariş alan da onun kimi, "Television Technique” (TVT) adında bir şirkət Azərbaycanda cəmi bir yerdə çıxır. "Kaspian Kom LTD”nin isə nə web-saytı var, nə də haqqında bir bilgi. "Sandler Expert Limited” Yeni Zelandiyada yerləşən bir şirkətdir. Haqqında xüsusi məlumat yoxdur. Əlbəttə, avadanlıqları biz istehsal etmədiyimizə görə xaricdən gətirilməsi normaldır, amma bizimkilər onu gedib Yeni Zelandiyadan necə tapıblar, sonra tenderə necə cəlb ediblər, ya da onlar burada müsabiqə keçiriləcəyindən hansı formada xəbər tutublar, bunun mexanizmi maraqlıdır. Bu şirkətlər həqiqətən mövcuddurmu, ya da bəzi işlər üçün müvəqqəti olaraq elə özümüzünkülər tərəfindən yaradılıb, ya yox, bunu deyə bilmərik. Fakt odur ki, milyonların həvalə olunduğu firmaların web-saytları internet resurslarında tapılmır. QSC mühafizə şöbəsinə də 3 500 manata dəftərxana ləvazimatı, təsərrüfat malları əldə edib ("Modern-2010” MMC). Adından da göründüyü kimi podratçı yeni müəssisədir. Halbuki, daha əvvəl bunun şərhini vermişdik ki, qanunvericiliklə tenderdə iştirak edən təşkilatdan ən az üç il iş təcrübəsi və bir illik maliyyə hesabatı tələb olunur.

2011-ci ildə keçirilən tender sayı 19-dur. 238 079 manat virtual studiya və 3G şəbəkə sistemi avadanlıqları, 234 930 manat çəkilişlərə rels araba və kamera üçün kran, 212 700 manat İMX tipli videokasetlər, 220 140 manat İMX tipli videoavadanlıqlara ehtiyat hissələri, 238 009 manat işıq diodlarından ibarət video modulun (ekran) alınmasına sərf olunub və sadalanan 1 143 858 manat dəyərində işlərdə "Broadcast Premier Solutions LTD” podratçı qismində çıxış edib. 735 441 manatlıq teleserialların çəkilişi üçün kameralar və onun aksessuarları, 237 248 manatlıq DVCAM videokasetlər "Quattro Technologies İnc”dən satın alınıb. 237 404 manat rəqəmsal TV avadanlıqları və 2155 814 manatlıq 8 kameralı rəqəmsal səyyar televiziya stansiyasının satıcısı isə "Television Technique” olub. 291 766 manat kompüter avadanlıqları ("Pixar” MMC), 274 437 manat "Betacam SP” tipli videoyazı və videoçəkiliş avadanlıqları üçün ehtiyat hissələri ("Gentech Fze”), 283 000 manat studiya çəkilişləri aparmaq üçün müxtəlif tipli dekorasiya ("Azəridizayn”), 229 038 manat videokameralar üçün akkumulyatorlar ("Uhud” MMC), 570 312 manat QSC-də əsaslı təmir ("Selva” MMC, "Sənaye və Mülki tikinti-E-93” MMC), 295 000 manat İTV və RV avadanlıqları, nəqliyyat vasitələri, bina və qurğuların sığortasına ("Paşa Sığorta” şirkəti) gedib. Göründüyü kimi Az TV hər dəfə yalnız 200 min manatın üzərində pul xərcləyib. QSC mühafizə şöbəsi 31 860 manat nəqliyyat vasitələrinin satın alınması ("Yenimotor” MMC), şöbənin dam örtüyünün təmirinə 9 200 manat ("Liman-S” MMC), digər təmir işlərinə də 11 000 manat sərf edib ("İnşaat Servis-2011” MMC). Tender yenə yeni (bəlkə də elə bu məqsədlə) yaradılmış şirkətə həvalə olunub. Baza məlumatlarına güvənsək, həmin il ümumilikdə 6 505 378 manat müsabiqələrdə istifadə olunub. İnternet resurslarında 2010-cu ildə yer alan məlumatlara görə növbəti ilin dövlət büdcəsində AzTV üçün 30 138 502 manat vəsait nəzərdə tutulub. Tenderdə xərclənən pullar televiziyanın büdcəsinin təxminən beşdə biri olub. Ayrılan vəsaitlərin bir hissəsi əməkhaqqı və onlara hesablanan vergilərə getdiyini düşünsək, yenə də belə görünür ki, QSC-də bütün pullar tender yolu ilə istifadə olunmayıb. Halbuki, dəyəri 50 min manatdan yuxarı işlər üçün nəzərdə tutulan dövlət vəsaitləri satınalmalar yolu ilə xərclənməlidir.

2012-ci ildə cəmi beş tenderlə bağlı məlumat var. 77 408 manat dəyərində kompüter avadanlıqları ("Pixar” MMC), 248 230 manat məbləğində İMX tipli video avadanlıqların ehtiyat hissələri, 117 713 manat "Betacam SP” tipli videoyazı və videoçəkiliş avadanlıqlarının hissələri (hər ikisi "Broadcast Premier Solutions LTD”-dən alınıb), 230 985 videokameraların akkumulyatorlarının ("Azəri Saplay Kompani Ltd” MMC), 295 453 manat QSC-nin tikililərində cari təmir işlərinin ("Selva” MMC) satın alınması üzrədir. QSC-nin mühafizə şöbəsinin də inzibati binasında hər il aparılan təmir işləri 15 022 manata başa gəlib ("Az İmpuls” MMC).

2013-cü ildə 35 tender keçirilib. Videoyazı və videoçəkiliş avadanlıqlarının ehtiyat hissələri 247 622 manat ("Broadcast Premier Solutions LTD”), müxtəlif televiziya avadanlıqları 250 580 manat ("Television Technique”), QSC-nin ərazisində asfalt örtüyünün düzəldilməsi 290 000 manat (podratçının adı yoxdur), plazma televizorları 103 365 manat ("Rubikon General Tradinq LLC”), müxtəlif tipli videoçəkiliş avadanlıqlarının akkumulyatorları 197 709 manat ("Zartab” MMC), plazma monitorlarından ibarət videodivar 142 000 manat ("Digiflex Technics LLP”), elektrik mal və avadanlıqları 149 780 manat ("Eller Group” MMC), ofis mebelləri 154 544 manat ("Ergo” MMC), TV və RV avadanlıqları, nəqliyyat vasitələri, bina və qurğuların sığorta xidmətləri 293 000 manat ("Paşa Sığorta”), "Hyundai” markalı yük avtomobilləri 120 000 manat ("Auto Azerbaijan” MMC), müxtəlif mətbəx avadanlıqları 145 143 manat ("İnoksan”), 2 dəst UPS avadanlıqlarına 239 032 manat ("Polygon Euriasia Limited”) xərclənib. Ümumilikdə 2 332 775 manat sadalanan işlərə sərf olunub. Daha 682 131 manata da yenə avadanlıqlar, inventar, təmir, abadlıq, dəftərxana ləvazimatı, təsərrüfat malları, ərzaq və s. alınıb.

2014-cü ildə 57 satınalma keçirilib və ümumilikdə 3 672 323 manatlıq avadanlıq və iş alınıb. Yenə internet məlumatlarına əsasən 2014-cü il üçün büdcə zərfində AzTV-yə 37 770 320 manat ayrılacağı barədə məlumatlar gedib. Tenderdə xərclənən vəsait məbləğin onda biridir. Keçirilməli olan tenderlər hansısa şəraitdə Agentliyin reyestrində əksini tapmayıb. İctimai Televiziya və Radio Yayımı Şirkətinə hər il bundan 2-2.5 dəfə az vəsait ayrılır. Amma Az TV-nin maliyyə üstünlüyünün İTV ilə müqayisədə keyfiyyətə çox təsir etdiyini söyləmək çətindir. Əgər bir televiziya 12-16 milyon manatla dolana bilirsə, bunu digəri niyə bacarmır? Ya da bir televiziyaya ayrılan artıq vəsait hara xərclənir, fərqli nə iş görürlər? Bunu bir tamaşaçı olaraq da soruşuruq. Yenə əvvəlki illərdəki işlərin çoxu təkrarlanıb. Məsələn, daha əvvəl dəftərxana ləvazimatı, təsərrüfat malları və s. xərclər üzrə məsrəflər olmasa da, son illər Az TV bu sahələrə diqqət göstərməyə başlayıb, birdən-birə 52 961 manatlıq dəftərxana ləvazimatı, 47 700 manata çap məhsulu almağa ehtiyac duyub, dekorasiyaya üç dəfəyə 604 606 manat ayırıb. Bundan əvvəlki il inventar və təsərrüfat mallarına pul xərclənsə də, yenə 287 154 manat bu məqsədlə sərf olunub, daha sonra təkrar 49 325 manat təsərrüfat mallarına verilib. Yenə hər il olduğu kimi 195 408 manatlıq akkumulyator əldə edilib. İdman kanalı üçün silsilə verilişlər 99 120 manata satın alınıb ("Prime Time” MMC). Əvvəllər QSC-də cari təmir və abadlıq işlərinə xeyli vəsait sərf olunsa da, az müddət keçməsinə baxmayaraq 197 000 manatlıq iş təkrar görülüb ("Sənaye və Mülkitikinti E-93”). İşıq və səs avadanlıqları da 91 355 manat edib. TV və RV avadanlıqları, nəqliyyat vasitələri, bin və qurğuların sığorta xidməti 293 300 manata "Paşa Sığorta”dan satın alınıb. Alınan avadanlıqların sayının ilbəil artdığı göstərilsə də, sığorta məbləğində dəyişiklik yoxdur. Avadanlıqların qısa müddətdə köhnəlmə və ya sıradan çıxma ehtimalı da aşağıdır.

Keçən ilin 6 ayında Az TV-nin Agentliyin xəttilə 47 tender keçirdiyi görünür. Bəzi xərclərə nəzər salaq: əvvəlki illərdə alınmasına baxmayaraq yenə kompüter avadanlığı 79 772 manat ("Pixar” MMC), işıq və səs avadanlığı 240 261 manat, ("TV Media” MMC, "Better” MMC), bədii tərtibat və inşaat malları 79 369 manat ("Prime-Time” MMC), dəftərxana ləvazimatı 24 205 manat, bulaq suyu 30 076 manat, təsərrüfat malları 49 733 manat, Bakı-2015 I Avropa Oyunları ilə bağlı konsert proqramı üçün avadanlıqlar 18 054 manat, Avropa oyunları Evro-2015 tok-şousunun dekorasiya elementləri 49 737 manat, "Bizim planet” verilişi üçün bədii tərtibat malları 40 828 manat, QSC-də cari təmir və abadlıq 68 510 manat, yenə akkumulyator 195 408 manat ("Enginering & Network System Services” LTD), mühafizə şöbəsində təmir 35 006 manat, "Gündəlik” verilişinin dekorasiyası 100 252 manat ("Sənaye və Mülkitikinti E-93”), qaçqınlar üçün ərzaq 22 440 manat (?), idman kanalına verilişlər 99 120 manat ("Prime Time” MMC), inventar və təsərrüfat mallarına da 293 495 manat sərf olunub ("İntellekt” M K.M.). Beş il yarımlıq təhlil göstərir ki, Az TV-nin büdcəsinin cüzi hissəsi tender yolu ilə xərclənir. Xərclər strukturundan belə qənaət yaranır ki, eyni məsrəflər hər il təkrarlanır. Podratçı şirkətlərin tərkibi də demək olar ki, dəyişmir.

"Bizim Yol" qəzeti


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam