Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Rumıniya mətbuatı Qlobal Media Forumundan yazıb

 
Rumıniyanın nüfuzlu KİV-ləri, “AGERPRES” milli xəbər agentliyi, “Ultima ora” qəzeti, “news24hours” xəbər portalı və bunlara istinadən digər KİV-lər Şuşa şəhərində keçirilən Qlobal Media Forum barədə davamlı məqalələr, videolar yayıb.
Yenixeber.org: Məqalələrdə cümə günündən bazar gününə kimi keçiriləcək tədbirlərdə kütləvi informasiya vasitələri və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə aktual mövzuların müzakirə olunduğu qeyd edilir. Bildirilir ki, Milli Mətbuat Günü münasibətilə tədbir Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilir. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev cümə günü 50 ölkədən olan 120 media qurumunu təmsil edən 200-dən çox qonaq, o cümlədən AGERPRES-in baş direktoru Klaudiya Nikolae ilə də görüşüb. Dövlət başçısı çıxışında bildirib ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin müstəqilliyi cəmiyyətin inkişafı üçün ən mühüm şərtlərdən biridir.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan iqtisadiyyatı özünü təmin edir, ölkədə sabitlik hökm sürür, cəmiyyətdə həmrəylik səviyyəsi həmişəkindən yüksəkdir, ölkənin iqtisadi inkişafı yüksək templə irəliləyir. Bildirilir ki, Prezident Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsinin, davamlı sülhə nail olunmasının və təhlükəsizliyin təmin edilməsinin vacibliyini qeyd edib. Bu kontekstdə o, Ankaranın sabitləşdirici rol oynadığını və gələcəkdə qlobal məsələlərdə, xüsusən də bu regionda Türkiyənin rolunun çox əhəmiyyətli olduğunu vurğulayıb. Yazılarda qeyd olunub ki, kütləvi informasiya vasitələri sahəsində beynəlxalq forumun açılış mərasimindən sonra keçiriləcək sessiyalarda iştirakçılar rəqəmsal əsrdə və transformasiyada jurnalistika və kommunikasiyanın yeni alətləri, müasir informasiya kontekstində media idarəçiliyi və davamlı media biznes modellərinin yaradılması, media təhsili, dezinformasiya və saxta xəbərlərlə mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələlər barədə müzakirələr aparacaqlar. Qlobal Media Forum çərçivəsində bir sıra sərgilərin və təlimlərin keçirilməsi də planlaşdırılır.
Diqqətə çatdırılıb ki, “AGERPRES” Rumıniya milli agentliyinin baş direktoru Klaudia Nikolae, bazar günü jurnalistlərin təhlükəsizliyinə həsr olunmuş sessiyada müzakirələrə qoşulacaq, çıxış edəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam