Redaktor seçimi
“İki dövlət bir millət” qardaşlığının Qordi düyünü: Qarabağı inşa edənlər xidmət haqlarını niyə ala bilmirlər? -
KEÇMİŞ OLİQARX NAZİRLƏRİN DƏBDƏBƏLİ HƏYATI... -
Azərbaycan KİV-də korrupsiyanın ifşası
nədən zərurətdir? -
Dövlət siyasətinin təbliğat maşınında naşı "şofer" oturub! -
Texniki baxışı niyə yol polisi keçirir -
Kəmaləddin Qafarovun biznesi və əmlakları -
Şeyxin biznesindən YENİ XƏBƏR var: Mübariz Mənsimovla iş birliyi silsiləsindən... -
Günün xəbəri

18 oktyabr Dövlət Müstəqilliyi günü münasibətilə tədbir keçirilib...Füzulidə

18 oktyabr Dövlət Müstəqilliyi günü münasibətilə tədbir keçirilib...

 

 

Horadiz şəhərində 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi 26-cı ildönümü münasibəti ilə tədbir keçirilib. 

 

Yenixeber.org: Horadiz şəhərində 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi 26-cı ildönümü münasibəti ilə tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ərazidəki icra nümayəndələri, bələdiyyələr, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 18 oktyabr dövlət müstəqilliyi günü münasibəti ilə iştirakçıları təbrik edib. Bildirib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olunub.

“Ancaq tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. 1991-1993-cü ilin iyun ayına kimi hakimiyyətdə olan səriştəsiz və idarəetmə bacarığı olmayan insanların fəaliyyəti nəticəsində ölkədə faktiki olaraq hakimiyyətsizlik, anarxiya hökm sürürdü. Azərbaycan dövlət kimi məhv olmaq, parçalanmaq üzrə idi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsi başlamışdı, kəndlərimiz, şəhərlərimiz bir-birinin ardınca işğal olunurdu. Belə bir şəraitdə xalq üzünü Naxçıvana tutaraq özünün xilaskarı kimi Heydər Əliyevi gördü. 1993-cü il iyunun 15-də xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz xaos və anarxiyadan azad olaraq, inkişaf yoluna çıxdı. Məhz Ulu Öndərin qətiyyətli siyasəti, müdrüklüyü və uzaqgörənliyi sayəsində respublikamızın müstəqilliyi qorunub saxlanıldı, möhkəmləndirildi, dönməz, əbədi və sarsılmaz xarakter aldı. Bu gün biz qətiyyətlə deyə bilərik ki, bu günki müstəqil Azərbaycan Respublikası Ulu öndər Heydər Əliyevin şah əsəridir. “-deyə Alı Alıyev vurğulayıb.

Alı Alıyev Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirməsindən, daha böyük uğurlar qazanmasından danışmışdır.

Digər çıxış edənlər müstəqilliyinin ilk illərində Azərbaycanın üzləşdiyi çətinliklər, bu çətinliklərin aradan qaldırılması, ölkəmizin inkişafı istiqamətində görülən işlərdən danışıblar.

 

18 oktyabr Dövlət Müstəqilliyi günü münasibətilə tədbir keçirilib...
18 oktyabr Dövlət Müstəqilliyi günü münasibətilə tədbir keçirilib...
18 oktyabr Dövlət Müstəqilliyi günü münasibətilə tədbir keçirilib...
18 oktyabr Dövlət Müstəqilliyi günü münasibətilə tədbir keçirilib...
18 oktyabr Dövlət Müstəqilliyi günü münasibətilə tədbir keçirilib...
18 oktyabr Dövlət Müstəqilliyi günü münasibətilə tədbir keçirilib...

18 oktyabr Dövlət Müstəqilliyi günü münasibətilə tədbir keçirilib... 18 oktyabr Dövlət Müstəqilliyi günü münasibətilə tədbir keçirilib...

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam