Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Professor Baş Prokurora müraciət etdi:“Azərbaycan Anti-Korrupsiya İnstitutu” yaradılsın

Yenixeber.org: “Beynəlxalq Terrorizmə və Korrupsiyaya Qarşı Mübarizə Strateji Araşdırmalar Mərkəzi”nin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, professor, politoloq Rövşən Novruzoğlu Vəlizadə Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli Dövlət Ədliyyə Müşaviri cənab Kamran Əliyevə müraciət ünvanlayıb. Surəti redaksiyamıza ötürülən müraciətdə deyilir:  

Hörmətli Kamran müəllim! 
Uzun müddətdir ki, Azərbaycan dövlətçiliyinin qorunmasında, korrupsiya və çirkli pullara qarşı mübarizədə şəffaflıq və təmizlik xəttini əsas götürərək bu sahədə prezident siyasətinin əsl müdafiəçilərindən biri kimi tanınırsız. Qeyd edim ki, başçılıq etdiyiniz prokurorluq orqanlarının bu misilsiz işləri təəssüf ki, layiqincə təbliğ olunmur. Beynəlxalq görüşlərin materiallarına nəzər saldıqda məlum oldu ki, dünyanın heç bir ölkəsində Azərbaycan Prokurorluğunun nailiyyətləri qədər nailiyyət yoxdur. 
Hörmətli Kamran müəllim!
“Antikorrupsiya institutu” ifadəsi ancaq Azərabycan Prokurorluğuna məxsusdur. Bu sahədə Siz və Sizin rəhbərlik etdiyiniz prokurorluq sistemi xeyli iş görüb. Amma çox şey açıqdır, tamamlanmayıb. “Antikorrupsiya institutu” hüquq terminləri cərgəsində yenidir və bu şəxsən Sizə məxsusdur. Amma prokurorluq bu sahədə dayanıb. Siz ilk və möhtəşəm addımlarınızı atmısız. Məsələn, Sizin dəstəyinizlə, xeyir-duanızla “Anti-Korrupsiya siyasəti ölkə başçısının davamlı və məğlubedilməz siyasətidir”, “Çirkli pullar”, rus dilində “Narkobiznes”, “Anti-
Terror və Korrupsiya” kitablarını nəşr etdirmisiniz. Xəbəriniz olsun ki, bu kitabların hər biri keçmiş ittifaqın prokurorluq orqanlarında geniş təbliğ olunub. Rusiya Federasiyasının hüquq institutlarında rus dilində nəşr olunmuş “Narkobiznes”, “Anti-Terror və Korrupsiya” kitabları dərslik kimi istifadə olunur. Bu kitablar “Anti-Terror və Anti-Korrupsiya Strateji Araşdırmalar Mərkəzi”nin (QHT) xətti ilə nəşr olunub. Faktiki olaraq bu kitabların hər biri yaranacaq “Azərbaycan Anti-Korrupsiya İnstitutu” üçün bir layihədir. 
Hörmətli Baş Prokuror!
Siz bizim təklifimizi əsas tutaraq belə bir institutun yaradılmasını zəruri sayın. Bu Sizin qələbəniz olar. 
Ümid edirik ki, Azərbaycan dövlətçiliyinin qorunmasında ölkə başçısının həmişə yanında olan Respublikanın Baş Prokuroru kimi buna dəstək verəcəksiniz. 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam