Redaktor seçimi
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Günün xəbəri

Genetik ölüm...

 

Yaddan çıxan var: Şirvan Elmlər Akademiyası

(Ermənilər bu Akademiyanın genetikasını necə zəhərə tutub, məhv etdilər)

 

Məxfi idarənin rəisi Şeqlov Nikolay Aleksandroviç Azərbaycanda fəaliyyət göstərən erməni əsilli “rusiyanın dostları” ilə körpüləri bərpa etməyi zəruri və vacib sayır

 

Zeynalabdin Şirvanini “Kupes” ləqəbli İohan Narınyan adlı bir zəhər alverçisi zəhərləyib, öldürdü və əvəzində rus hökmdarı tərəfindən mükafat aldı

 

Araşdırma materiallarına görə Sankt-Peterburqdakı məşhur “Astaxov qardaşları”nın yaşadıqları binada nəvə İqor Alekseyeviç Astaxov özünün “Məxfi kitabxana”sını yaradanda onun cəmi 18 yaşı vardı. Rus alimi və səyyahı İ. A. Astaxov dünyanın nadir elm mərkəzləri, mədrəsələr, Akademiyalar, fitri istedad sahibləri... haqqında məlumatlar, ensiklopediyalar toplayan istedad sahibi olub. Onun “Akademiyalarla” bağlı dəftəri Sankt-Peterburqun Məxfi Arxiv-Kitabxanasında saxlanılır. İlk məxfi sənədi də tacir babasından qalan və üstündə on yeddi imza olan, Şamaxının ticarət meydanından alınan qədim dəftər idi. Uzunluğu 20 sm, eni 10 sm olan bu qədim əl yazısında çoxlu qeydlər olmaqla yanaşı, əl ilə xırda şəkillər də çəkilmişdi. Yüziyirmibir səhifəlik bu dəftər Rus hökmdarı I Aleksandrın (1801-1895) imzaladığı sərəncamla açılırdı. Sərəncamda yazılırdı ki, ölkənin Məxfi İdarəsinin rəisi Şeqlov Nikolay Aleksandroviçdir və o, xüsusən Azərbaycanda fəaliyyət göstərən erməni əsilli “rusiyanın dostları” ilə körpüləri bərpa etməyi zəruri və vacib sayır. I Aleksandr möhürünü basmışdı ki, nəyin bahasına olursa-olsun Şamaxıda,

 
                      

 

“Şirvan Elmlər Akademiyası”nın qalıqlarını məhv etsinlər,

bu məsələni dirilməyə qoymasınlar. Çünki Şamaxı kimi strateji bir yerdə belə bir elm və mədəniyyət, təhsil bazasının yaradılması ucqarlarda aparılan rus siyasətinə böyük maneə idi.

“...Rusiyanın Baş Məxfi İdarəsi üçün Əlahəzrət I Aleksandrın məcburi tövsiyyəsi. Generel  Şeqlov Aleksandroviç üçün.

(Şamaxı) – Şirvan dairəsi (Azərbaycan).

Şirvan Elmlər Mərkəzi (Akademiyası – R.N) XI əsrdən fəaliyyətdə olub. Amma nə iş görüb? Nəticələrini bilmək üçün hesabat hazırlayın. Bu işdə Məxfi İdarənin S.M.Malokonyan qrupundan istifadə edin. Ermənilər Böyük Rusiya üçün həmişə sədaqətli olublar. (İcra edin).

Əlahəzrət I Aleksandrın dəftərxanası.

1809-cu il 22 avqust...”

İ.A.Astaxovun məxfi kitabxanasında saxlanılan bu dəftərdən məlum olur ki, hələ I Aleksandrdan qabaq da, Rus hökmdarı I Pavel də Şamaxıdakı XI əsrdə qurulan və sonra ermənilər və ruslar tərəfindən dağıdılan, yerlə-yeksan olunan Şirvan Elmlər Akademiyası ilə bağlı xüsusi sərəncamları olub. Bundan sonra ermənilər Şamaxıda, eləcə də Şirvanın ayrı-ayrı bölgələrində, ərazinin elm adamlarına qarşı amansız bir hücuma keçirlər. Ordudan tərxis olunmuş ermənilər Şamaxıya göndərilirdi. Əsasən zəhər alış-verişi ilə məşğul olan ermənilər Rusiyanın məxfi idarələrindən aldıqları tapşırıqları səxavətlə icra edirdilər. İ.Astaxovun məxfi kitabxanasında saxlanılan dəftərdə yazılır ki, Azərbaycanın coğrafiyaşünas alimi  Zeynalabdin Şirvanini “Kupes” ləqəbli İohan Narınyan adlı bir zəhər alverçisi necə zəhərləyib, öldürdü və əvəzində Rus hökmdarı tərəfindən hansı mükafatı aldı. (Bax: Astaxov İ.A. “Akademiyalar Dəftəri” III hissə. s. 15). Erməni İohan Narınyanın Şamaxıda xarici turistlərə zəhər satan kiçik bir dükanı var idi və bu zəhər dükanı I yerli xəfiyyənin nəzarətində idi. Tarixə görə şamaxılı Zeynalabdin Şirvani dövrünün çox məşhur adamı idi. Ömrünün çox ilini səyahətlərdə keçirən, Azərbaycan coğrafiyaşünaslığı üçün zəngin əsərlər qoyan bu alim bir an içində erməni zəhərinin zavalına gəldi. Onun “Səyahət baxçaları”, “Səyahət bostanı”, “Mərifətlətin kəşfi”... əsərləri dünya alimlərinin diqqətində idi. Z.Şirvani dünya alimlərinə gəzib-gördüyü və kəşf etdiyi Hindistanın, ərəb ölkələrinin, Nil çayının, Hind və Atlantik okeanlarının sirlərindən bəhs edən xeyli yazılı məlumat qoymuşdu. Şamaxıya Novqoroddan alış-verişə gələn rus taciri Konstantin Sidorov qeyd edir ki, Şirvani onun gözləri qarşısında zəhərləndi... və az keçmədi qan qusaraq canını tapşırdı.  (Bax: Tacir K.Simonovun dəftərə tikilmiş rəsmi əl yazısı. Eyni mənbə. S. 19) . Məlumata görə 1160-cı ildə Şamaxıda rus məxfi idarəsi üçün kəşfiyyat məlumatları toplayan Qara Pyotr (Pyotr Samoylov) hökmdar dəftərxanasına yazdığı teleqramda göstərirdi: “...ermənilər səxavətlərinə görə fərqlənirlər. Bu gün qoca Şirvani Kupes tərəfindən zəhərəndi. Qərarımız var ki, iki gündən sonra onun qardaşı Məhəmmədəli Şirvanini də eyni yolla aradan götürək. O da məşhur filosof və tarixçidir, qardaşı kimi məşhur adamdır. O, rusları və erməniləri sevmir...”

İki gündən sonra Məhəmmədəli Şirvani də zəhərlənərək öldürülür. Məxfi idarənin zabiti Qara Pyotr əlavə olaraq yazır: “...Məhəmmədəli Şirvani də sıradan çıxdı. Kupes İohan onun yeməyinə gürzə zəhəri tökdü...” (Bax: Astaxov İ.A.. “əlavə qeydlər” 1893).

Sankt-Peterburqdakı Məxfi Kitabxanada saxlanılan “Astaxov dəftəri”ndə maraqlı məlumatlardan biri də budur ki, ermənilər ələ keçirdikləri ən nadir sənət əsərlərinin bir qismini ruslardan gizlin Ermənistanın “Matenadaran” adlanan Əlyazmalar İnstitutuna göndərirdilər. Məsələn Şamaxıda çox məşhur olan tarixçi-filosof və tədqiqatçı, 16 il Şirazda (İran) erməni girovunda qalan Əbdül Rəzzaq Bəyi Şamaxıda yas məclisində zəhərlədikdən sonra, onun evinə basqın etmiş, ən məşhur “Həqiqətlər həqiqəti” əsərini ələ keçirərək Ermənistama ötürmüşlər. Həmin qiymətli əsər ermənilərin “Matenadaran”ında saxlanılır. Başqa bir məlumatda isə bildirilir ki, 1823-cü ildə I Aleksandrın göstərişilə erməni “Kupes” – N.Narınyan Moskva çayının sahilindəki Rus kilsəsinə dəvət alır. Maraqlısı bu idi ki, I Aleksandr erməni N.Narınyanı kilsədə gizli şəkildə qəbul edir və ona üstündə brilyantı olan Qızıl Xaç ordenini verir. Əlavə olaraq tapşırır ki, o Şamaxıya qayıtdıqdan sonra məxfi idarənn zabiti Pyotr Alekseyeviç Samoylovu aradan götürsün. Hadisədən xəbər tutan P.A.Samoylov məxfi sənədləri götürərək, Şamaxıdan çıxır və Gəncəyə gedir. (Bax: P.A.Samoylov. “126 gün Şirvanda...” Sankt-Peterburq. 1898)  Məlumata görə Şamaxıda I Nikolayın hakimiyyəti dövründə (1825-1855) qırx səkkiz nəfər Şirvani təxəllüslü elm və sənət adamı, yazıçı, şair, tarixçi-filosof... ermənilər tərəfindən zəhərlənərək öldürülüb. (Bax: Eyni mənbə. S. 28). “Astaxovun dəftəri”ndə qeydlər etmiş rusiyalı, Konfet Kağızı Fabrikinin başçısı, Azərbaycan Aşıq Musiqisinin vurğunu olan Aleksandr Aleksandroviç Şarinski yazır ki, bu necə millətdi (azərbaycanlılar üçün) öz daş-qaşını, zinət əşyalarını (alimləri, filosofları, tarixçiləri nəzərdə tutur) qoruya bilmir. Şarinski yazır: “...dünyada bildiyimə görə ilk Elmlər Akademiyası deyilən elm və ədəb mərkəzini-Şirvan Elmlər Akademiyasını məhz Şamaxıda, Dörd yol Ayrıcındakı Binada (?) bu millət yaratdı... Amma sona qədər qoruyub, saxlaya bilmədilər. Bir tərəfdən ermənilər, bir tərəfdən ruslar... bu akademiyanın sayıb-seçilən adamlarını zəhərləyərək, məhv etdilər. Bildiyimə görə hər gün məşhur olan Şirvani təxəllüslü bir filosof dəfn olunurdu...” (Bax: A.A.Şarinski. “Şamaxı təəssüratı”. 1901. Sankt-Peterburq).

Araşdırma materiallarına görə Rusiya tarixində və rus dövlətçilik ənənələrinin formalaşmasında Rus Knyazı Yaroslav Mudrı böyük əmək sərf edib. (1018-1054). O ilk dəfə Rus torpağına “qanunları gətirib”. Və yazıçı-filosof mitropolit İllarionı isə bu qanunlara nəzarətçi təyin edib. Rus torpağında primitiv də olsa, kəşfiyyatını yaradıb. O, özünün “Yaroslavın işləməyən qanunları” kitabında göstərir: “...Mən öz Məxfi İdarəmi İslamın Böyük Peyğəmbəri Məhəmmədin (s.ə.) sözlərinə uyğun qurdum...”

Elmi, mərifəti, ağıl və düşüncəni seçib, qiymətləndirməyi bacaran rus hökmdarı dünyanın ticarət yollarını və mərkəzlərini araşdıran, xüsusi xəritə tərtib edən Yaroslav Mudray Şamaxı haqqında xüsusi biliyə malik olub. Nəticədə Metropoit İllarionu 1052ö-ci ildə Şamaxıya göndərir. Daha ətraflı məlumat toplamaq, öyrənmək onun əsas dövlətçilik prinsiplərindən olub. Məlumata görə Metropolit İllarion1052-ci ilin oktyabr ayının 26-da Şamaxıda filosof, dövrünün zəkalı və iti ağıla malik olan Muqlis Şirvani adlı bir şəxslə görüşür. Amma nədənsə görüş erməni araşdırıcısı babayurdqçu Atayan adlı birisinin evində təşkil olunur. Ola bilsin bu addım rus hökmdarının məqsədli addımlarından biri olub. Çünki rus knyazı ermənilərlə çox asta və gizlin bir siyasətə malik idi.

Sanıkt-Peterburqdakı məxfi arxivin sənədlərinə görə həmin vaxt artıq Şamaxıda Şirvan Elmlər Akademiyası adlı bir qurum yaradılmaqda idi. Qurumun xəzinədarlığı və möhürlərin hazırlanması işi erməni taciri Mari Osipyana həvalə edilmişdi. Bunun da səbəbi var idi. Erməni taciri Akademiyanın yaranması və inkişafı üçün öz sərmayəsinin bir hissəsini könüllü olaraq ayırmışdı. Sonradan məlum olur ki, erməni taciri Mari Ospiyanın ayırdığı pul onun yox, əslində Ərdəbilli memar Hacı Müslüm Tağızadəyə məxsus idi. (Bax: “Astaxovun Dəftərinə tikilmiş sənəşd”) Tarixçi S.S.Mamontov yazır ki, erməni taciri Mari Osipyanı Mitropolit İllarion ifşa edir. Tarixçi S.Mamontov qeyd edir: “Bu adam (yəni erməni taciri Mari Osipyan) neçə illərdi ilan zəhəri satımaqla məşğul olub. Ərdəbildə memar Hacı Müslüm Tağızadə ilə qohumluq əlaqəsi qurub, qızı Gülcamalı onun oğluna verib. Memar Hacı Müslüm Tağızadə doqquz il Rusiyanın Kiyev, Novqorod, Moskva şəhərlərindəki hökmdar saraylarının tikintisində imzasını qoyub. Onun Kiyevdə tikdiyi “Qədimdən Qədim” adlı tarixi abidəsi həmişə diqqətdə olub. Bildiyimə görə 1094-cü ildə Şamaxıda Şirvan Elmlər Akademiyası qurulur, yəni arada gəzən söz-söhbətə son qoyularaq rəsmi açılışı baş tutur... Akademiyanın açılışında Ərdəbilli memar Hacı Müslüm Tağızadə iştirak edir. Qeydlərə görə o, filosof Şirvan Elmlər Akademiyasının yaradıcısı Kafiəddin Şirvaninin əziz dostu kimi onun yanında idi...”

Lakin Şirvanda açılan Akademiyanın fəaliyyəti erməniləri və eləcə də rusları o qədər sevindirmirdi. Bu zaman Şirvan Elmlər Akademiaysının 11 nəfər üzvü var idi. Başqa bir rus alimi A.D.Medlınnıy “Üçbucaq” tədqiqat əsərində yazır: “...Şamaxı Azərbaycanın ən qədim yurd yerlərindən olub. O, həm də çox güclü ticarət meydanı kimi tarixdə qalıb. Şamaxı həm də elm və mədəniyyət mərkəzidir. On yeddi dəfə olmuşam o yerdə. Amma mənim ora getməyimə, səfər etməmə səbəb, atamın-filosof David Aydamiroviçin həmin yerlərlə, xüsusən Şirvan Elmlər Akademiyası ilə bağlı olub. Atam öz nəslinə, yəni mənim çox qədim babalarıma məxsus Şamaxı ilə bağlı əlyazısını axtarırdı. Həmin əl yazmalar taörixi sənəd kimi atamın dediyinə görə neçə yüz il bundan öncə Akademiyaya verilmişdi...” Görünür, Şirvan Elmlər Akademiyası həmçinin dünyada tanınmış elm adamlarının üzünə qapılarını açdıqdan sonra, burada mühazirələr oxunmuş, əlyazıları yığılaraq saxlanılmışdır... Lakin mən Akademiyanı tədqiq edib, öyrənərək, daha ciddi məlumatlar topladım. Öyrəndim ki, Akademiya yaradılarkən buranı rus ciddi nəzarətə götürüblərmiş. Bundan başqa Şirvanda yaradılan Elmlər Akademiyası ilə bağlı Vatikan ciddi araşdırmlarını aparıb, ora öz emissarlarını göndərib. Çünki Vatikan müsəlmanların belə dirçəlişini, oyanmasını, heç cür qəbul etmirdi. Həmin ermənilər qarşılayıb, yola salırdılar...”

Məxfi kitabxanada saxlanılan “Astaxov dəftəri”nə görə Şamaxıya təşrif gətirən Vatikan emissarlarından iki nəfəri Simani .... və Edvard .... Şirvan Elmlər Akademiyasında işlə təmin olunurlar. (?)

Şirvan Elmlər Akademiyası getdikcə Şirvanşahlar dövlətini dünyaya elmin, sənətin, ləyaqətin beşiyi kimi tanıdırdı. Onun rəhbəri seçilmiş. Filosof Kafiəddin Şirvani haqqında isə çox rəvayətlər gəzib, dolanırdı.

Mənbələrə görə Şirvan Elmlər Akademiyasının qurucusu olan filosof Kafiəddin Şirvani böyük Azərbaycan şairi Əfzələddin Xaqaninin əmisi olub və şairin tərbiyəsində, elmi biliyin alınmasında xüsusi səy göstərib. “Dövrünün Pristoteli” kimi ad qazanmış Kafiəddin Şirvani Vatikana dəvət alır. Tədqiqatçı-alim Eyvalı Qara oğlu Mehrəliyev  onun haqqında yazır:

“...Kafiəddin Şirvani dövrünün inkişafına təkan vermək məqsədilə, dövründəki elmi düşüncələri vətəndaşlıq süzgəcindən keçirərək, Şirvanın şöhrəti naminə, hətta özünün şəxsi həyatından keçməyə üstünlük verirdi, vətənn intihabı xatirinə mərdanəvi sərtlik, hünərpərvər görkəm, ədalətlilik, sözündə bütövlük, həqiqətə yetərlik, mənəviyyata ucalıq, müvəffəqiyyətə məğrurluqla çatmaq məqsədi onun amalı olmuşdur”.

Təhlillərimizə və əldə olunmuş bəzi materiallara görə Dörd Yol Ayrıcında salınmış Şirvan Elmlər Akademiyasının Vatikan Akademiyasına oxarlığı var. Başqa bir məlumatda isə bildirilir ki, yolayrıcında salınmış Şirvan Elmlər Akademiyasının “Peyğəmbər Kitabxanası” dörd dəfə bilərəkdən yandırılıb. Nəticədə Kafiyəddinin Zeynəb Gül adlı ömür gün yoldaşı və ondan əkiz doğulmuş oğlanlarından biri Məhəmməd yanaraq həlak olurlar. Ümumiyyətlə Şirvan Elmlər Akademiyası ilə bağlı materialların hərəsi bir güncdədir. Bəzilərinə əl yetir, bəzilərinə əl yetmir. Kafiyəddin Şirvani az müddət ərzində Akademiyada 19 şöbə yaradır. Orta Asiyanın, Şərq ölkələrinin ayrı-ayrı regionlarından, eləcə də bəzi Avropa ölkələrindən təhsil üçün, dünyanı dərk etmək üçün... bura gəlirdilər. Hətta bəzi mənbələrə görə Şamaxıdakı Şirvan Elmlər Akademiyasına Azərbaycanın müxtəlif rayonlarında yaşayan, güclü fitri istedad sahibləri də təşrif gətirirdilər. Məsələn Lənkəran ərzisindən iyirmi iki yaşlı Çadralı xanım Süməyyə Şirvan Elmlər Akademiyasında Yağışdan, Küləkdən...dərs deyirdi. (Bu həqiqi mənada möcüzəli bir iş idi).

Gəncədən gələn Hacı Münasib adlı 38 yaşlı birisi Qiyamət gününün nə vaxt gələcəyini araşdırır, gün əyiləndə İsa Peyğəmbərlə, gün batanda isə Musa Peyğəmbərlə söhbətləşirdi. (?) Hər halda möcüzəli bir məsələ idi. Belə möcüzəli məsələlərlə Şirvan Elmlər Akademiyasının sorağı sərhədlər aşırdı.

Filosof Kafiəddin Şirvaninin kitabları, əl yazmaları, hətta Akademiyaya məxsus geyimlər haqqında məlumatlar da yoxdur. Ümumiyyətlə Şirvan Elmlər Akademiyası ilə bağlı ilk tədqiqat əsərlərini, daha dəqiq desək yazılarını mərhum alim, xüsusi istedad sahibi olmuş Qafar kəndli-Herisçi və E.Mehrəliyev, həmçinin tanınmış alimlərimizdən D.Dəmirov, İ.Əfəndiyev işləyiblər. Lakin Kafiəddin Şirvani ilə bağlı mükəmməl tədqiqat bzasının və materialların olmaması çox mətləblər qaranlıq qalır. Biz əsasən bütün tədqiqat faktorlarından fərqli olaraq Şirvan Elmlər Akademiyasına, onun Şura üzvlərinə, alim və filosoflarımıza qarşı erməni faktorunu araşdırmağa cəhd etmişik. Çünki məlumata görə Sankt-Peterburqda – Ermənistanda sxlanılan qədim Azərbaycanla bağlı sənədlər toplusunda Şirvan Elmlər Akademiayası ilə əlaqəli sənədlər, yazışmlar var... Məsələn erməni tarixçisi İ.D.Şaxinyan və Ş.O.Dovlatyan iddia edirlər ki, Şamaxıda bünövrəsi qoyulan Şirvan Elmlər Akademiyası XII əsrin ortalarında erməni alimləri tərəfindən qurulub. (?) Məncə Şirvan Elmlər Akademiyası haqqında müfəssəl də olmağa əsas məlumatları və tarixi sənədlər Qafar Kəndli – Herisçinin, eləcə də, E.Mehrəliyevin tədqiqatlarından oxumaq mümkündür.

Araşdırma materiallarında oxuyuruq ki, Kafiəddin Şirvani kitabxanasını söndürərkən, özü də kitabları ilə birgə yanır. Bir müddət dili tutulur və gözlərindən olur. “Astaxov dəftəri”nə istinad etsək, Kafiəddin Şirvaninin faktiki olaraq 1132-ci ildə kitablarını, əl yazmalarını itirdiyi üçün bağrı çartlayır, ürəyi ağrılara tab gətirə bilmir. Hətta onun ölüm xəbəri dünyanın əksər ölkələrində təsəvvür hissi ilə qarşılanır. Hətta Rus hökmdarı VI Lyudovik göndərir. Erməni Sitar Melikbekyan knyaz VI Lyudovikin başsağlığı məktubu ilə regionun tanınmış ailələrindən olan Rüstəmbəyovlara verir.

Mən Ermənistana baş çəkməyə məsələn tədqiqatçılarımıza məsləhət görərdim ki, daha o yerlərə getməsinlər. Çünki Ermitaiza Azərbaycanla bağlı ən qədim sənədlər artıq orada yoxdur. Ermənilərin zavalına gəlir.

Filosof K.Şirvaninin gözlənilməz ölümü Şirvan ziyalıları tərəfindən olduqca kədərli və ağrılı bir tərzdə qarşılandı. Heç kəs onun ölümünə inanmaq istəmirdi. Rus knyazı VI Lyudovik hətta dəfn mərasimində iştirak etmək üçün, rus kilsəsinin başçısının köməkçisi Qriqori Melanşiki Şamaxıya göndərir. Həmin vaxt Qriqori Melanşiklə görüşən böyük mütəfəkkir Xaqani Şirvani deyirdi: “...O, mənim əmim idi. Lakin mən onu Şirvan elinin dahisi kimi qəbul etmişəm...”       

“...Astaxov Dəftəri”ndə qeyd olunur ki Kəfiəddin Şirvaninin ölümündən sonra, regiondakı ermənilər Akademiyaya qarşı daha da aqressiv oldular, tanınmış alimlərə qarşı əsl mənada hücuma keçdilər. Fakta görə 1132-ci ilin martın ortalarında biri-birinin ardınca iki nüfuz sahibi ola Şamaxı alimi Əyyub Səltənət Şirvanini və filosof Ağa Bağır Ağa Seyidzadəni zəhərləyərək məhv etdilər. Bununla bağlı “astaxov Dəfrəti”ndə oxuyuruq: “...Ölən iki nəgəng filosof Şirvan Elmlər Akademiyasının nurlu adamları idi. Hamı Şamaxıda onları görəndə ba. əyir, təzim edir... sonr ötüb keçirdilər. Filosof Əyyub Səltənət Şirvaninin on ikinci İmamla bağlı tədqiqat əsərini Vatikan emissarı Martin İohann erməni taciri Aram Babayandan kifayət qədər pul verərək ala bildi...”

Araşdırma materiallarına görə Şirvan Elmlər Akademiyası haqqında ilk məlumatlara hətta Bakının Qala divarlarında da rast gəlmək mümkündür. Ümumiyyətlə Azərbaycanda III Manuçöhr dövründə həyatın bütün sahəsində əldə olunan nadir qələbələr haqqındakı məlumatların bir qismi tikilən yeni qalaların, hündür şəhər qaşlarının bir küncünə həkk olunurdu. Bu isə, tarixin yaddaşı üçün çox vacib və lazımlı bir üsul idi. “Astaxov Dəftəri”ndə qeydlər aparan rus memarı G.İ.İqnatev göstərir ki, Bakının, Gəncənin, Lənkəranın, Xankəndinin və Şuşanın tarixi tikililərin üstündə Şirvan Elmlər Akademiyası ilə xəbərlər verilirdi. Məsələn Bakının Qara Divarlarında (Əsasən M.Ə.Sabir bağı ətrafında) qeyd olunurdu ki, “...Şirvanda Akademiya quruldu... Elmə, mərifətə qayıt. Allah belə isytəyir...” “Astaxov Dəftəri”ndə qeyd olunur ki, bütün bu yazılar altı daşın üstündə oxunurdu. Qeyd edək ki, Qala Divarları sökülüb, tikildiyindən, divar daşlarından bəzilərinin aparıldığında... həmin yazılar it-bata düşüb. Məlumata görə Bakının Qala Divarlarının təmirinə, sökülüb, tikilməsinə, həmişə Anastasyan Boqomol Ayrapetoviçin inşaat qrupu başçılıq edib. (?)

Digər qarşımıza çıxan bir mətndə oxuduq ki, Bakının Qala Divarlarında dörd yüz doqquz yazılı məlumat olub. Bunlar oxunubmu? Halbuki bu yazıları oxuya bilsəydik, yəqin ki, bütöv Bakının taleyini və tarixini bilmiş olardıq. Onu da yətqib edək ki, bu baxımdan bizim çoxumuz hələlik dərk etmədiyimiz cinayətlərin üstündə oturmuşuq.

Araşdırna materiallarına görə Şirvan Elmlər Akademiyasına 1159-cu ildə erməni də qəbul olunmuşdi. Dərmanşünaslıq şöbəsinə daxil olan bu erməni alimləri ustalıqla ilan zəhərindən digər çeşidli zəhər alırdılar. Məsələn əvvəllər rus knyazlığında Şam yandıran işini icra edən Birac Atçıyan adlı birisinin əldə etdiyi yeni zəhər növü “Mitan” adlandırıldı. Bu zəhər növü Şirvan Elmlər Akademiyasındaaz müddət istehsal olunurdu. Demək Akademiyada nə qədər primitiv də olsa, kiçik laboratoriylar var idi. Bu istiqamətdə hələlik heç bir tədqiqat işi aparılmayıb.

Baş verən hadisələr tez-tez dəyişdiyindən haqlı məsələylə, haqsız məsələni ayırmağı vaxt tələb edirdi. Digər tərəfdən Şirvan Elmlər Akademiyasında “Bizim mənşəyimiz” şöbəsi isə daha çətin və ciddi işlərlə məşğul idi. Erməni alimlərlə cəhd edirdilər ki, həmin şöbədə qulluq göstərsinlər. Hətta bu istiqamətdə 1159-cu ilin ortalaırında Şirvan şahı III Mənuçöhrdən də yazılı, möhürlü fərman almışdılar. Şirvan Elmlər Akademiyasına atsından sonra rəhbərlik edən filosof Vəhidəddin Kafiəddin oğlu Şirvani III Manuçöhrin ermənilərlə bağlı Vatikandan göndərilən və yaxud edilən xahişi icra etmədi. Bütün bunlar narazılıq yaratdı. Nəticədə III Mənuçöhr Akademiyada çalışan üç filosofu zindana salır, Vəhidəddin Şirvani isə Bərdəyə sürgün olunur. Yaranmış fasilədən istifadə edən ermənilər zəhər “çeşidləyən” laboratoriyanı dağıdaraq, onu başqa bir yerə köçürürlər, Akademiyaya məxsus altı yüz yetmiş səhifəlik məlumat kitabları, əl yazıları, Akademiyaya məxsus hesab dəftərləri, onun qurduğu əlaqələrə dair sorğu vərəqləri oğurlandı. Oğurlanmış sənədlər içərisində qiymətli sənədlərdən biriVəhidəddin Şirvaninin yaratdığı Yeni il təqvimi idi. Tədqiqatşı-alim Q. Kəndli-Herisçi "Xaqani Şirvani" əsərində  yazır: "Xaqani Gəncədə ikən Şirvan şahı III Mənuşöhrdən təcili məktub alır ki, dövlət işçilərinin xatirinə yubanmadan Şamaxıya qayıtsın... Həmin məktubda yubanmadan yol üstü sürgündə olan filosof Vəhidəddinin də Şamaxıya qaytarılması əmrini verdi..."

"Astaxov Dəftəri"ndə toxunulan məsələlərdən biri bu idi ki, filosof Vəhidəddin Şirvaninin yaratdığı "Yeni İl Təqvimi"ni də ermənilər oğurlayaraq, Vatikan emissarı Pabloya satdılar. Maraqlı cəhət bu idi ki, III Mənuçöhr də filosofdan həmin təqvimi istəyib... Lakin filosof Vahiıddin Şirvani III Mənuçöhrə yazdığı məktubda bildirir:

"...Mənim başıma gələn qəzavü-qədəri anlamadım. Ermənilər şahın mənə olan münasibətindən istifadə edərək, Akademiyanı viran qoydular. Əl yazılarını, kitabları, laboratoriya dəzgahlarını... Yeni İl Təqvimi oğurladılar". Dünyada mövcud olan Akademiyaları tədqiq edib, araşdıran, öyrənən "Astaxovlar nəsli"nin Şirvan Elmlər Akademiyası ilə bağlı çox ciddi araşdırmaları olub. Amma nə etmək ki, bu araşdırmaların sonuna çata bilmədik.

Böyük Azərbaycan şairi Xaqani Şirvani öz əmisi oğlu Vəhiəddin haqqında Şirvan Şahı III Mənuçöhrə kiminsə qabağında sınmasın. İmkan verin sözünü desin. Ondan ikiüzlü, yaltaq olmaz. Bu mümkün deyil. Ondan abırsız və həyasız olmaz. Bu mümkün deyil. O, ləyaqətini qoruyan, ədalətli, istedadı... Allahı sevəndi. O, nəcib əməllər qəsridi. Şahım, istedadlı adamlar paxıl və xain olmur. İstedadsız filosoflar, qələm sahiblərinə (Allah kəssin belə qələmi) söz aparıb, söz gətirənlərə qəlbləri, ürəkləri qıranlara, qetrətini və şərəfini əldən verənlərə lənət olsun. Lənət olsun. Lənət olsun..."

Məlumata görə professor Astaxov nəslinin sonuncularından olan Qleb Nikolayeviç Astaxov şair Xaqaninin bu məktubunu çıxararaq, rus dilinə çevirmiş və iş otağında başının üstündən asmışdı. Həmçinin Q.N.Astaxov III Mənuçöhrə sanki üzünü tutub, onu ittiham edirdi: "Onu - o gözəl çırağı (Vəhidəddin Şirvani nəzərdə tutulur - R.N.) Sən keçirtdin. Sən onun ürəyilə oynadın, hökmdar. Sənin məmləkətin bir daha elə vücud yetirməz..." Daha sonra professor Q.N.Astaxov dəftərində yazır ki, araşdırma vaxtı mənim əlimə Şirvan Elmlər Akademiyasının kitabxanasından erməni alimi Birac Atçıyanın oğurlayaraq apardığı kitabların sliyahısı keçdi. Ermənilər kitabxanadan dəyəri ölçü və miqyasa gəlməz "Fəlsfəni öyrənməkdən qabaq nəyin müqəddimə verilməsi haqqında", "Əql sözünün mənasına dair", "Platon və Aristotel", "Metafizika", "Ədalət kitabı", "Qanun", "Şəfa" "Xəstəliklərə qarşı", "Ürək xəstəlikləri", "Şirvanın tarixinə dair yüz bir əl yazısı", "On ikinci İmamın zühur etməsi...", "Əli", "Fatimə", "Hüseyn", "Həsən", "Həsən", "Abbas", "Məhəmməd" tədqiqat dərslikləri, "Bizim mənşəyimizdəki bənzərsizlik", "Hər salamda yüz min himət var..." əsərləri apara bildilər.

Vatikan emissarları isə Şirvan Elmlər Akadşemiyasından .Məhəmməd Peyğəmbərin ərəb tacirindən alınmış qiymətli əbasını, dəridən xüsusi düzəldilmiş  çarıqların qalıqlarını, min iki yüz səhifəlik əl yazısını, Azərbaycanın qədim xəritələrini, ... coğrafi dərsliklərini oğurlaya bildilər...

Araşdırma materiallarına görə filosof, Şirvan Elmlər Akademiyasının başçılarından olan Vəhidəddin Şirvani erməni alimi "Anuşun oğlu" ləqəbini qazanmış David Baqdasaryan tərəfindən ilan zəhərilə zəhərlənərək öldürüldü... Tarixin böyük alimi Vəhidəddin Şirvani ilk təbiətşünas alim idi ki, Şirvan ərazisindəki çayları, su hövzələrini arayıb, axtarmışdı. Şirvan şoranlıq, susuz səhranı xatırladırdı. III Mənuçöhr onun təklifilə Kür çayı üzərində bəndlər saldırmışdı. Sonuncu bənd "On gözlü bənd" adlanırdı. Şirvan torpağı bundan sonra libasını dəyişdi... gəlib-gedənlər çoxaldı.

Amma böyük alimi Şirvan Elmlər Akademiyasına soxulmuş, Şamaxıda erməni soy-kökü istiqamətində araşdırmalar aparan Telaor Faruqyan adlı birisi tərəfindən zəhərə tutuldu. Erməni T.Faruqyanın cinayətinin üstünü açılmasında və onun tutularaq, insanların gözü qarşısında, Şamaxı meydanında dara çəkilməsində Şirvan Şahı III Mənuçöhrün qadın sərkərdələrindən olan Banu Xatun misilsiz əməyi oldu. Həmin vaxt Ermiədzin ideoloqlarından olan, katalikos Herses Bani Xatunun Şamaxıda qalan nəslinə qarşı ölüm fitvasına imza atdı. Erməni T.Faruqyanın məktublarını, onun Şirvan Elmlər Akademiyasındakı fəaliyyətini araşdıran, təhlil edən tədqiqatçı alim, M.N.Sarateli göstərir ki, bu adamı bağışlamaq, onu yaddan çıxarmaq, Azərbaycan milləti üçün başıucalıq gətirməz. O, düşməndir. “...Düşməni isə unutmaq yox, onun törətdiyi əməllərin dalınca getmək, onu və onun kimilərini məşhər ayağına çəkmək lazımdır... Onlar Pir Hüseyn Şirvani adlı bir akademiki də zəhərləyib öldürmüşdülər... Çoxlarına qəribə gəlməsin ki, mən “akademik” sözünün işlətdim. Bu həqiqətən də belə idi...”

Alim M.N.Sarateli “Şirvan elmi” adlı 180 səhifəlik əsərində həmçinin göstərir ki, (1955-ci il.) Şirvan Elmlər Akademiyası hələ tam və genişliklə tədqiq olunmayıb, araşdırılmayıb. Bu akademiyanı ermənilər təpədən dırnağadək zəhərləyib, sıradan çıxartdılar. Vatikan emissarları isə çox dəyərli tədqiqat materiallarını oğuqlayaraq, aprdılar.

Şirvan Elmlər Akademiyası haqqında Böyük Britaniyada nəşr olunan “The Daily Teleqraph” (“Deyli teleqraf”), Pakistanda nəşr olunan “Akhbare-Jahan” (“Əxbare Cahan”), Hindistanda nəşr olunan “Gurrent” (“Karrent”), Fransada nəşr olunan “Le Monda” (“Mong”), Rusiyada çap olunan “İzvestiya”, İranda çap olunan “Keyhan”, Türkiyədə nəşr olunan “Milliyyət” qəzetləri müxtəlif yazılar və xəbərlər çap edib.

“Astaxov Dəftəri”ndə Şirvan Elmlər Akademiyasının “Dil və Ədəbiyyat, sənətə tənqidi yanaşma” şöbəsinin əməkdaşı, filosof Pirhüseyn Şirvaninin, “Tibb elmləri şöbə”sinin əməkdaşı, filosof Pirhüseyn Şirvaninin, Mahmud Əl-Təbib Şirvaninin, “Astronomiya şöbəsi”nin elmi-tədqiqatçısı, böyük alim Əbdülkərim Dahi Şirvaninin, “Pedaqoji Şöbə”nin rəhbəri Təhaəddin ibn Əhmədin, “Ordu və dövlət quruculuğu”  şöbəsinin başçısı olmuş, Əmir Əsədəddin Şirvaninin müxtəlif mərhələlərdə zəhərlənərək, ölmələrilə bağlı məlumatlar var.

Ümumiyyətlə düşmən Azərbaycan xalqının düşünən beyinlərinə qarşı amansız terror aktlarını nə qədər gizlətməyə cəhd etsələr də, fakt, faktlığınd qalır.

Şirvan Elmlər Akademiyasının ən ciddi və aktiv üzvü Mahmud ət. Təbib Şirvani olub. Ona “Şərəf-əş Şirvan” deyirdilər. Belə bir tutulla həkim, tibb elmlərinin bilicisi olan Mahmud Şirvani 66 yaşında erməni köməkçisi Mirzəbəy Adilyan tərəfindən zəhərlənərək öldürülür. Bu vaxt erməni M.Adilyan onun 28 cilddən ibarət əl yazısını götürərək, qaçır və qaçarkən də tibb şöbəsinə od vurur. “Astaxov Dəftəri”ndə oxuyuruq: “...Şirvan Elmlər Akademiaysının Tibb .öbəsi başdan-başa yanıb, kül oldu... Ondan bir az keçmiş Mirzəbek Adilyanın Rusiyada, İranda və Türkiyədə tibbə dair kitabları nəşr olundu. Bütün bu kitablar Mahmud Şirvaninin dəst-xətti idi. Belə bir oğurluğu və qəddarlığı Tanrı bağışlamadı. O, elə bir dərdə, bəlaya düçar oldu ki... şam kimi əridi. Və günlərin birində... yəni ölüm ayağında qışqırdı: “...Bütün bu kitablar qoca Mahmudundur (yəni Mahmud Şirvaninin –R.N.) Araşdırma materiallarına görə, Mahmud Şirvaninin ocağı, yəni nəsil şəcərəsi beş nəsili özündə birləşdirir. 1. Şövqizadələr, 2. Bəhramzadələr, 3. Sultanzadələr, 4. Məbədzadələr, 5. Əndəbilzadələr.

Məlumata görə Sültanzadələr şəcərəsi Mahmud Şirvaninin yolu ilə gediblər. Şamaxıda, ümumən Şirıvanda ən savadlı və çox bilmiş həkimlər Sultanzadələr ocağından çıxıb... 1918-ci il qırğınlarında onların böyük bir qismi qırılaraq, məhv edildi. Bütün bunlara baxmayaraq, Sultanzadələr nəsli sönmədi...

Şirvan Elmlər Akademiyası Azərbaycanın zəngin elm və bilik xəzinəsi olub. Amma bu xəzinəni düşmənə həvalə etmişik... Bu isə bizlərə təəssüfdən başqa bir şey qoymadı başucalıq gətirmədi.

Rövşən Novruzoğlu

 (Vəlizadə)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam