Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

  METRO DAYANACAQLARI VƏ SƏSLƏNDİRİLƏN MUSİQİ PARÇALARI

Bakı metrosunda sərnişinlər üçün canlı musiqi təqdim olunub

Gündəlik həyatımızda hər birimiz bir neçə dəfə metrodan istifadə edirik.Dayanacaqların hər birinə məxsus olan musiqi parçalarını da təbii ki,eşitmişik.Amma mənə görə bəzi metro dayanacaqlarının adları və o dayanacaqlarda səslənən musiqi parçaları yerində deyil.Bu haqda fikirlərimi dəyərli oxucularla lap çoxdan bölüşmək istəyirdim,ancaq müəyyən səbəblərə görə bu yazını yaza bilmirdim.Nəhayət ki,buzlar əridi və mən yazını yazmağa başladım.

Yenixeber.org: Sizləri bilmirəm, məndən olsa bu günlə səsləşməyən “İnşatçılar”,”Ulduz”, “Xalqlar Dostluğu”kimi dayanacaq adlarını dəyişib “Təbriz”,”Dərbənd”,”Füzuli”və yaxud da Azərbaycan tarixində böyük xidmətlər göstərmiş şəxslərin adıyla adlandırardım.Bu günün təbliğatı üçün bu çox önəmlidir.”Xalqlar Dostluğu”deyirik.Və qatar bu dayanacağa çatanda Tofiq Quliyevin “Əziz dost”mahnısından bir parça səsləndirilir.Musiqinin gözəlliyinə sözüm yox,amma bu gün qardaşlar,qonşular,qohumlar arasında dostluq yoxdursa,xalqlar arasında heç yoxdur.Bu gün dünya qarışıb bir-birinə,qardaş-qardaşla,qonşu-qonşuyla ölüm-qalım müharibəsindədir.Bir də biz bu dostluğu yaxşı gördük.Uzun illər dost,qardaş,qonşu dediyimiz millətlərdən pislik,məkir kimi qeyri-insani hərəkətlərdən başqa nə gördük ki?!

Bu günlərdə Müstəqillik günümüzün 105 iylliyini böyük sevinc,fərəh və qürurla qeyd etdik.Bu günü bizimlə birlikdə dünyanın birsıra böyük ölkələri də qeyd etdilər.Müstəqilliyimizin tarixini adında daşıyan 28 May metro dayanacağında “Qarabağ şikəstəsi”səsləndirilir.Yaxşı olardı ki,”Qarabağ şikəstəsi”nin yerinə bu tarixin yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin öz deyimində “Bir kərə yüksələn bayraq,bir daha enməz”və yaxud da “Sən bizimsən.bizimsən durduqca bədəndə Can,Yaşa,yaşa,çox yaşa,ey şanlı Azərbaycan!”səsləndirilsə daha gözəl olar.

 “Nəsimi”dayanacağında xalq mahnısı olan “Gül açdı,bahar oldu”dan bir parça səsləndirilir.Mən bunu da münasib bilmirəm.Yaxşı olardı ki,böyük sənətkar Rasim Balayevin ifasında “Məndə sığar iki cahan,mən bu cahana sığmazam”məşhur şeirinin misraları səsləndirilsin.

Bu günün gəncliyinin Azərbaycanın böyük oğlu N.Nərimanov haqqında heç bir anlayışı yoxdur.On nəfərdən soruşsan ki,N.Nərimanov kimdir? On nəfərin doqquzu çiynini çəkib,gözünü döyəcək.Ona görədə A.Məlikovun “Güllərim”i səsləndirməkdənsə,N.Nərimanov dövlət xadimi,həkim,yazıçı demək daha sərfəlidir.

 “Memar Əcəmi”də isə onun böyük memarlığını bir kəlməylə ifadə etmək olar.

“20 Yanvar”da “Bayatı şiraz”muğamı səsləndirilir.Bu muğam xalqımızın 20 Yanvar facəsinin dəhşətlərini tam olaraq insanlara çatdırmır. Rəhmətlik A.Mustafayevin “Ağla qərənfil”şeirinin bir misrası bəsdir ki,faciənin böyük kədərini insanlara çatdırsın.

Mən bir vətəndaş olaraq öz fikirlərimi sizlərə bildirdim.Qəbul etmək, etməmək isə qaldı sizə.Ola bilər ki,mən fikirlərimdə haqlı deyilm.Eləsə söz sizdədir. MƏHƏRRƏM ŞƏMKİRLİ


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam