Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

“Nar” abunəçiləri onlayn müştəri xidmətlərini seçir

“Nar” abunəçiləri onlayn müştəri xidmətlərini seçir
Müştəriyönümlü yanaşması ilə seçilən mobil operator “Nar”, istifadəçilərinin müxtəlif xidmət kanalları üzrə məmnuniyyət göstəricilərini açıqlayıb. Göstəricilər bütün xidmət kanalları üzrə daxil olan müraciətlər əsasında noyabr ayınadək olan dövr üçün hesablanıb.
Yenixeber.org: İstifadəçilərin mobil təcrübəsini daha da rahatlaşdıran “Nar+” tətbiqinin onlayn çat xidmətinə 88 min müraciət daxil olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 77% daha çoxdur. Sorğuların sayı artsa da, “Nar+” tətbiqində göstərilən bütün xidmətlərdən abunəçilərin razılıq səviyyəsi azalmayıb, əksinə artaraq 88%-ə çatıb. Qeyd edək ki, tətbiq istifadəçilərə daha çevik imkanlar verir, yeni paketlərin rahatlıqla aktivləşdirilməsinə, izahlı qaimə kimi mühüm əməliyyatların qısa zamanda yerinə yetirilməsinə kömək olur. Bundan başqa, “Nar” internet səhifəsində olan şəxsi kabinetlər, eyni zamanda “Facebook”, “Twitter” və digər sosial şəbəkələr üzərindən abunəçilərə yüksək xidmət göstərir.

Mobil operatorun ənənəvi xidmət kanallarını seçən abunəçiləri də göstərilən xidməti yüksək qiymətləndirirlər. Belə ki, bu ilin noyabr ayına qədər 777 Çağrı Mərkəzinə zəng edən abunəçilərin xidmətdən razılıq səviyyəsi 89% olub. “Nar”ın yenilənmiş xidmət mərkəzləri və mağazalarında göstərilən xidmətdən razılıq səviyyəsi isə artaraq 98%-ə çatıb.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam