Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Operativ Qərargahın məntiqə sığmayan qərarları: -Avtobusları bağlı saxlamaq kimin “cibinə işləyir”?

 
İyulun 1-dən Azərbaycanda toy mərasimlərinə start verilir.

Yenixeber.org: Artıq şadlıq evləri və restoranlara xeyli sayda müraciət edənlər var. Hətta dəvətnamələr də paylanılıb. Yəni bu həftənin son günləri bir il dörd aylıq fasilədən sonra çal-çağırlı keçəcək.

Pandemiyanın bütün dünyada olduğu kimi, uzun müddətdir Azərbaycanda da yaratdığı faciəvi və gərgin psixoloji mühiti şənlik tədbirləri əvəz edə bilər. Toylara icazə verildiyindən bütün problemlərin arxada qaldığını düşünmək isə hələ tezdir.

Məsələ yalnız koronavirus pandemiyasının davam etməsi ilə bağlı deyil. Elə problemlər var ki, onun həlli birbaşa rəsmi qurumlardan asılıdır.

Bir yandan toylara icazə verən Operativ Qərargah o biri tərəfdən ictimai nəqliyyatın hərəkətinə qadağaları qüvvədə saxlayır. Əgər toylar başlayırdısa, marşrut avtobusların da həftə sonunda fəaliyyətinə icazə verilməli idi. Çünki Azərbaycanda toy mərasimləri ənənəvi olaraq həftə sonları keçirilir. Hər həftənin şənbə və bazar günləri isə ictimai nəqliyyat, yəni avtobuslar işləmir. Təbii ki, burada söhbət ilk növbədə Bakıdan və digər böyük şəhərlərdən gedir. Axı toya hamı taksi ilə getmir.

Xüsusilə də həftə sonları ictimai nəliyyatın olmamasından istifadə edən taksi inhisarçılarının qiyməti digər günlərlə müqayisədə artırdığını nəzərə alsaq, ictimai nəqliyyatdan istifadə bir çox insanlar üçün daha əlverişlidir. Bakı ətrafındakı qəsəbə və kənlərdən, Sumqayıt şəhərindən çağırılan qonaqlar və ya əks istiqamətdə toylara gedəcək insanlar üçün çətinlik yaranacaq. Elə şadlıq evləri var ki, metro stansiyalarının yaxınlığında yerləşir. Əgər marşrut avtobusu toya gedən şəxsin evinin qarşısından birbaşa şadlıq evinin və ya restoranın lap yaxınlığına gedirsə, o nəyə görə taksi xidmətindən istifadə etməlidir? Belə hallarda kişilər üçün ictimai nəqliyyatdan istifadə xüsusilə daha asan olur.

Ancaq toylara icazə verən Nazirlər Kabineti görünür, qonaqların şənliyə necə gedəcəyini “unudub”. Bunlar tənzimlənməsi xüsusi zəhmət tələb etməyən sırf inzibati və texniki məsələlərdir. Pandemiya səbəbindən iş yerlərini itirmiş və daha da kasıblamış insanlar kimlərinsə taksi biznesi xatirinə əlavə xərc çəkmək məcburiyyətinə düşüb. Əgər toylarda maska, əlcək, “COVİD” pasportu, say məhdudiyyəti, cərimə, həbs kimi inzibati tədbirlər tətbiq olunacaqsa, o zaman ictimai nəqliyyatı bağlı saxlamağın anlamı yoxdur.

Əlbəttə, ictimai nəqliyyatdakı sərnişinlərin hamısı toya gedənlər deyil. Lakin idman yarışı üçün həftə sonunda ictimai nəqliyyatın işini bərpa etmək mümkündürsə, deməli, toylar üçün də buna icazə vermək olar. Çünki bütün sərnişinlər də “Formula”, yaxud futbol azarkeşi deyil. Avqustun 1-də “Məhərrəm” ayının başlanması ilə əlaqədar Azərbaycanda toyların müvəqqəti dayanacağı gözlənilir. Belə olan halda, ictimai nəqliyyatın fəaliyyətini həftə sonları heç olmazsa, bir ay müddətinə bərpa etmək Operativ Qərargah üçün problem yaratmaz.

Amma hətta bu qərar belə verilərsə, insanların aylardır cavabını tapmadığı sual açıq qalır- virus ancaq həftə sonunda və avtobuslarda yayılırdı ki, Operativ Qərargah bu sahəni uzun müddətdir bağlı saxlayır?//dia.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam