Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

AQTA -toylarla bağlı açıqlama yaydı

AQTA toylarla bağlı açıqlama yaydı
“Ölkədə toyların keçirilməsinə icazə verilsə, bu, ən yüksək yoluxma riski olan sahələrdən biri olacaq. Bununla bağlı tənzimləyici normalar müəyyənləşdiriləcək, eyni zamanda müvafiq nəzarət tədbirləri həyata keçiriləcək”.
Yenixeber.org: Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədrinin müşaviri Elxan Mikayılov bildirib. Onun sözlərinə görə, əksər şadlıq sarayları restoran kimi fəaliyyət göstərir:

“Həmin ictimai iaşə obyektlərinin toylar formasında yox, vətəndaşlara restoran vasitəsi ilə xidməti var. Biz pandemiya dövründə şadlıq sarayları ilə əlaqələr qurmuşuq. Kafesi, restoranı olan şadlıq sarayları nəzarət olunan məsələlərlə yaxından tanışdılar. Bu, imkan verəcək ki, toylara icazə verildiyi halda şadlıq saraylarında həmin tələblər daha rahat yerinə yetirilsin. Çünki bununla bağlı metodiki təlimatlarımız var”.

AQTA rəsmisi qeyd edib ki, toylara icazə verilən zaman bütün şadlıq sarayları ilə əvvəlcədən hazırlanan metodiki göstəricilər və qərarlar üzrə maarifləndirmə tədbirləri keçiriləcək: "Pandemiya şəraitində şadlıq sarayının necə təşkil edilməsi barədə tənzimləyici normalar müəyyənləşdiriləcək. Eyni zamanda, müvafiq nəzarət tədbirləri həyata heçiriləcək”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam