KRIMIN GƏLƏCƏYİ NECƏ OLACAQ? –Ukraynanın əlində yalnız bir "kozır"ı qalıb - TƏHLİL
Vitali Portnikov
”Obozrevatel”, Ukrayna, 29 aprel 2019-cu il
İlhaqın ön şərtləri haqqında
Yenixeber.org: Biz hələ də anlamırıq ki, Krımın işğalı hüquqi nöqteyi-nəzərdən necə mümkün oldu. Biz daim unuduruq ki, bu, sadəcə bir hərbi işğal deyil. Bu, Ukraynanın özü tərəfindən Krımda yaradılmış dövlət institutlarının da cəlb edilməsi ilə keçirilən xüsusi əməliyyatdır. Nə üçün belə oldu?
1920-ci illərdə sovet Krım muxtariyyatı yaradılarkən bolşeviklər köhnə imperiyadakı milli hərəkatların mühümlüyünü dərk edirdilər. Məhz bu səbəblə, Krım muxtariyyatı meydana çıxdı. Onun mənası Krımda yaşayan xalqların hüquqlarının, – krım tatarlarının hüquqlarına xüsusi vurğu etməklə, – həyata keçirilməsində idi. Əlbəttə, bu, formal rəsmiyyət, şirma idi. Lakin o, mədəniyyət, qəzet, milli kadrların təmsilçiliyi səviyyəsində işləyirdi.
Bu, Krım tatarlarının və oranın digər xalqlarının deportasiya olunması zamanı muxtariyyatın ləğv edilməsinədək davam etdi.Və nə zaman ki, bu muxtariyyat bərpa edildi, o, artıq olmalı olduğu kimi deyildi. Biz, mahiyyət etibarı ilə, rusdilli muxtariyyat əldə etdik.
Ukraynanın müstəqilliyinin elan olunmasından sonra isə bu durum daha da dərinləşdi. Onda Krımın muxtariyyatı Krımın cinayətkar klanlarının muxtariyyatına çevrildi. Krım ilhaq edilənədək rusdilli və Ukrayna dövlət layihələri daim rəqabətdə oldu. Ukraynanın, demək olar ki, bütün prezidentləri Krım tatar xalqının Məclisi ilə oynayırdı. Məqsəd onu Krım siyasətindən uzaqlaşdırmaq idi. Nəticədə muxtariyyatın rusdilli kəsimi Rusiyanın bir kəsimi oldu.
Krımın gələcəyi haqqında
Biz konstitusiya tələsinə düşmüşük və bunun dərinliyini yalnız Ukrayna vətəndaşlarının deyil, Rusiya vətəndaşlarının da əksəriyyəti dərk etmir. Belə bir durum digər dövlətlərin heç birində olmayıb. Eyni bir ərazi Avropanın iki dövlətinin konstitusiyasında da qeyd edilib. Biz, nə qədər istəyirsiniz danışa bilərik ki, Rusiya Krımı öz konstitusiyasında qanunsuz olaraq qeyd edib, ancaq o, orada mövcuddur.
Nə Rusiya, nə də Ukrayna öz konstitusiyasından yarımadanı çıxaran deyil. Lakin Ukrayna, Rusiya Federasiyasının Krımın yerli xalqlarının hüquqlarını pozmasından danışarkən başqa cür hərəkət edə bilər. Bu, bizim gələcək Rusiya Federasiyası ilə Krımın gələcəyi ilə bağlı hansısa bir razılaşma əldə etməmizə gətirib çıxara biləcək yeganə kozırımızdır. Bu, nə Putinlə, nə də, görünür, onun varisi ilə deyil, ancaq təkamül edəcək Rusiya ilə mümkün ola bilər.
Yalnız konsolidasiya olunmuş suveren dövlət Krımı gerı qaytara bilər. Burada 2014-cü ilədək mövcud olan nə idisə, o, nəinki Krımı qaytara, heç bədbəxt Tuzla dilini müdafiə edə bilməzdi.
Dil kvotaları, dövlət dilinin statusu və s. haqqında qəbul edilən qanunlar isə Ukraynanı bütöv mədəni orqanizmə çevirir. Beləliklə, ölkə, ən azı, nə uğrunda mübarizə apardığını anlayır. Krımı yalnız bütövlüyü, başda ərazi bütövlüyü olmaqla, bir dəyər hesab edən dövlət geri qaytara bilər.Tərcümə: Strateq.az