Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Yasamalda satılmayan YER QALMADI... -DE-FAKTO

Paytaxtda səki problemi bitmir. Hansısa küçədə səkilər abadlaşanda sakinlər,
piyadalar sevinir. Ertəsi gün başqa bir küçədə səkinin zəbt edildiyi görünür.
Yeni tədris ili başlamamış Yasamal rayonu, Məmməd Rahim küçəsi
abadlaşdırıldı. Bu küçədə Texniki Universitet və Memarlıq və İnşaat
Universitetləri yerləşir. Tələbələr də, piyadalar da sevindi ki, nə yaxşı,
 yol da, səki də abadlaşdı.
Yenixeber.org: Demə, məqsəd başqa imiş. Səkini ona görə abadlaşdırırmışlar ki,
kafe açsınlar. Həm də səkinin hesabına. Hazırda bu küçə boyunca bir neçə yerdə
köşklər qoyulub. Təkərlisi də var, təkərsizi də. Ayaqüstü qəlyanaltı xidməti göstərir
köşklər. Dönər, hamburger, qəhvə, çay, “İstanbul pilav”, “noxudlu pilav”...
Köşklərdən birinin işlədicisi isə gələcəyə hesablanmış addım atıb. Böyründəki
 digər köşkün kölgəsində, hələlik çox da aşkar görünməyən masa və oturacaqlar
 qoyub, xidmət göstərir. Bəllidir ki, icazəsiz bunu etmək qeyri-mümkündür. Küçə
ticarəti ilə bağlı bəlli qaydalar var. Məsələn, bir neçə gün öncə Sumqayıt şəhərində
yerli İcra Hakimiyyəti küçə ticarətiylə məşğul olanları möhkəm “danladı”. Səkilərdəki,
yol kənarındakı ticarət köşklərini, piştaxtaları silib-süpürüb atdılar. Qayda-qanun
 yaratdılar. Bəs Bakıda, şəhərin mərkəzində səkidəcə kafe açmağa kim, hansı qurum
 icazə verir? Kimdir bu səkinin sahibi?
 Yasamal rayonu ərazisində səkilər təbii olaraq Yasamal rayon İcra Hakimiyətinin
balansındadır. "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun
təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq
 edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il
 tarixli 456 nömrəli Sərəncamına əsasən (Tədbirlər Planının 8.1.6.7-ci bəndinə uyğun
 olaraq) Bakı şəhərində piyadaların maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə
 küçə və prospektlər üzrə səkilərin mövcud vəziyyətinin araşdırılması, normativ
sənədlərin tələblərinə uyğun səkilərin (panduslarla birgə) inşası, o cümlədən
mövcud səki hissələrinin zəbt edilməsi hallarının qarşısının alınması üçün zəruri
tədbirlərin görülməsi Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir”. Belə! Deməli,
 səkiyə bir süpürgə də qoymaq olmaz, əgər İcra Hakimiyyətinin razılığı yoxdursa.
BŞİH görəsən, Məmməd Rahim küçəsindəki vəziyyəti görmür, xəbəri yoxdur? Xəbəri
 yoxdursa, deyirik, bildiririk. Amma əgər BŞİH-nin razılığı varsa, o zaman məlum
sərəncamı bir daha xatırlasınlar. Amma bilirik ki, BŞİH başında Elşad Həsənovun
 dayandığı Yasamal RİH-ə bu səbəbdən dəfələrlə xəbərdarlıq edib. Görünəni odur
 ki, xəbərdarlıqlar da yetərli deyil.
Lakin istənilən halda dövlət istənilən xaosun qarşısında öz varlığını hiss etdirmək
zorundadır.(Dia-az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam