Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

"Səmavi dinlər" layihəsi Vatikanda təqdim edilib- FOTOLAR

"Səmavi dinlər" layihəsi Vatikanda təqdim edilib

"Səmavi dinlər" layihəsi əsasında Azərbaycan xalçaçılarının ərsəyə gətirdiyi triptix Vatikanda təqdim edilib.

Yenixeber.org xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın Roma Papası XIV Leo ilə görüşündə təqdimatı olan bu sənət əsəri iudaizm, xristianlıq və İslam dinlərinə həsr edilib, dərin fəlsəfi düşüncənin, milli sənətkarlıq ruhunun təcəssümüdür.

Hər üç xalça özündə fərqli dinləri və mədəniyyətləri simvollaşdırır, lakin bir araya gələndə insanlığın ortaq dəyərlərini – sülhü, mərhəməti və ədaləti ifadə edir.

Layihə Azərbaycan mədəniyyətinin dərinliyindən gələn universal dəyərlərin, mədəni diplomatiya strategiyasının təcəssümüdür.

Triptixin həm Vatikanda, həm də dünyanın müxtəlif ölkələrində sərgilənməsi planlaşdırılır. Bu baxımdan əsərin Azərbaycanın multikultural irsinin dünyaya tanıdılması baxımından mədəni-siyasi mənası var. Bu, Azərbaycanın mədəni səsinin qlobal miqyasda eşidilməsini, Azərbaycan xalça sənətinin yalnız estetik deyil, həm də fəlsəfi dəyər daşıdığını göstərir.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam